• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbulu 31 iyul tarixinədək davam edəcək. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.   Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilər.   

Riyaziyyat fənni üzrə imtahanlar keçirilir

İyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.   Bu gün riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. İmtahanlarda 3291 nəfərin iştirakı gözlənilir.        Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 12 iyul

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 12 iyul

“Məktəblinin dostu” qalib olub

Təhsil Nazirliyinin futbol üzrə daxili çempionatının final oyunu və qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.   Yarışda ümumilikdə 12 komanda qalibiyyət uğrunda mübarizə aparıb.  Final oyununda “Məktəblinin dostu” və  “Təhsil İnstitutu” komandası qarşılaşıb. Gərgin keçən final mübarizəsində “Məktəblinin dostu” komandası rəqibini 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.  Qeyd edək ki,  mayın 22-də başlayan çempionatın  keçirilməsində əsas məqsəd futbol idman növünün kütləviliyinin təmin edilməsi və asudə vaxtın səmərəli keçirilməsindən ibarətdir.

SABAH qruplarına tələbə seçimi üçün imtahan keçirilib

İyulun 10-da SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.   Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.   2 saat davam edən imtahanlarda ümumilikdə 1689 tələbənin iştirakı nəzərdə tutulmuşdu.   İmtahan nəticələri yaxın günlərdə elan olunacaq. 

Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat başlayır

Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin 13 iyul saat 12:00-dan etibarən təhsil müəssisələrinə elektron qaydada qeydiyyatına start verilir.   Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat təlimatda təqdim edilir.  Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.  Qeyd edək ki, qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.    Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə  e-müraciət sistemi təlimatı   Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı ən çox soruşulan suallar

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər. Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanını yaratmaqdır. Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir. Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda,  ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək. Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Müsabiqə üzrə test imtahanları davam edir

İyulun 12-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. Bu gün ibtidai sinif və riyaziyyat fənni üzrə imtahanlar keçirilir. İbtidai sinif üzrə 2353, riyaziyyat fənni üzrə isə 826 nəfər imtahanlara dəvət olunub.   Bu gün ibtidai sinif üzrə imtahanların sonuncu günüdür.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Təhsilalanların köçürülməsinə start verilir

İyulun 12-də tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.   Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbulu iyulun 26-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.   Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.   Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.   Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.    Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.[[1]   Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.   Akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. [1] Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

Təhsil naziri "Qaliblər düşərgəsi”ndə

İyulun 9-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”ndə qonaq olub.    Uşaqlarla səmimi və maraqlı söhbət aparan təhsil naziri ötən tədris ilinin əsas məqamlarından danışıb. İştirakçıları maraqlandıran sualları cavablandıran Emin Əmrullayev onlarla oyunlar da oynayıb.   Daha sonra nazir düşərgə iştirakçıları ilə birgə şam edib, onlara “Uşaq ensiklopediyası” bağışlayıb.   Qeyd edək ki, "Qaliblər düşərgəsi" “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin  dəstəyi ilə təşkil olunub. Məqsəd şəhid övladlarının intellektual və emosional inkişafına təkan verməkdir. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı