SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində müəllimlərin işə qəbulu
2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.
Belə ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.
Qeyd edək ki, Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl