• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı

Sentyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib. Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır. Tədbirdə təhsil naziri Ceyhun Bayramov bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri, ali təhsil müəssisələrinin rəhbərləri, layihəyə cəlb olunmuş ekspertlər iştirak edib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Ceyhun Bayramov bildirib ki,  Azərbaycan dünya təhsilində müşahidə olunan trendləri və çağırışları nəzərə alaraq təhsilin insan kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, Prezident cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək səriştəli təhsilverənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərni müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur. Nazir qeyd edib ki, son dövrdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunub. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev qeyd edib ki, layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Bu müddət ərzində artıq layihənin 1-ci komponenti üzrə bir neçə tədbir həyata keçirilib və üç tərəfdaş ölkənin ekspertlərindən ibarət missiyalar təşkil olunub. Ekspertlərin Bakıya səfərləri çərçivəsində Təhsil Nazirliyi və ali təhsil müəssisələrində geniş müzakirələr aparılıb və müvafiq mövzular üzrə seminarlar təşkil olunub. Daha sonra çıxış edən  Avropa İttifaqının əməkdaşlıq şöbəsinin müdir əvəzi Alexandra Nerisanu , Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs, layihənin Avropa İttifaqı üzrə rəhbəri Bruno Curvale  bu əməkdaşlıqdan məmnun olduqlarını bildirib, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışıblar. Sonra layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, layihənin Litva üzrə rəhbəri Giedris Viliünas, layihənin Latviya üzrə rəhbəri Baiba Ramina, layihənin rezident koordinatoru Liza Baydanova görülən işlərlə bağlı məlumat verib, həyata keçiriləcək növbəti tədbirlərdən danışıblar. Proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin davamı olaraq aparılır. İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.  

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq   ƏMR EDİRƏM:            1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilsin. 2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.                           Ceyhun BAYRAMOV, Azərbaycan Respublikasının təhsil naziri 21 sentyabr 2018-ci il F-658 Əlavə:   Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planları   Tədris planına dair qeydlər

Təhsil naziri Finlandiya Respublikasının ölkəmizdəki səyyar səfiri ilə görüşüb

Sentyabrın 21-də təhsil naziri Ceyhun Bayramov Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri xanım Arja Makkonen  ilə görüşüb. Görüşdə Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçiriləcək

Cari ilin aprel ayında Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin icrasına start verilib. Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 25-də layihənin rəsmi təqdimatı ilə əlaqədar konfrans keçiriləcək. Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məqsədləri, məzmunu və əsas gözləntiləri barədə məlumatlandımaqdan ibarətdir. Açılış konfransında rəsmi şəxslərin, ali təhsil müəssisələri rəhbərlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirakı nəzərdə tutulub.

Təhsil nazirinin müavini Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 21-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb. Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir

Sentyabrın 22-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır. Üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər. Tədris ili ərzində ümumi təhsil müəssisələrində vakant yerlər yarandıqca İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşmiş qaydada sözügedən proses həyata keçiriləcək. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbulu sentyarın 23-dək davam edəcək.  

Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Hazırda Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3”  təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb. Ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər. Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion”  dəsti də paylanılır. Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Lego Education WeDo 2.0” robot dəstləri də əldə edəcəklər.

Təhsil naziri Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb

Sentyabrın 20-də təhsil naziri Ceyhun Bayramov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətləri fonunda təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

İsmayıllı Peşə Tədris Mərkəzində “Açıq qapı” günü 

İsmayıllı Peşə Tədris Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində yeni açılan “Üzümçülük və şərab ustası” ixtisasının təqdimatına dair “Açıq qapı” günü təşkil edilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, GİZ-in təmsilçiləri, özəl sektorun nümayəndələri, mərkəzin mühəndis-pedaqoji heyəti, tələbələr və valideynlər iştirak edib. Tədbirdə çıxış edənlər yeni ixtisaslar üzrə kurikulumların və modulların hazırlanması, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və tələbələrin təcrübə keçməsinin təşkil olunmasından danışıb,  bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili sahəsi üçün müasir kurikulumların, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.

Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək

Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 28 sentyabr 2018-ci il tarixində saat 10:00-da Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 20-25 sentyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı