SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçiriləcək
Cari ilin aprel ayında Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin icrasına start verilib. Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 25-də layihənin rəsmi təqdimatı ilə əlaqədar konfrans keçiriləcək.
Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məqsədləri, məzmunu və əsas gözləntiləri barədə məlumatlandımaqdan ibarətdir.
Açılış konfransında rəsmi şəxslərin, ali təhsil müəssisələri rəhbərlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirakı nəzərdə tutulub.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl