SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək
Dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi cari ilin noyabr ayında keçiriləcək. Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri, istehsalat təlimi ustaları iştirak edəcək. Qiymətləndirmənin nəticələrindən asılı olaraq, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də diaqnostik qiymətləndirmənin bu mərhələsinə cəlb olunacaq. Bununla da dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin başa çatdırılması planlaşdırılır. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
28/09/2018 11:22
“Bir” Tələbə-Könüllü proqramının Mingəçevir və Şəkidə təqdimatı
Sentyabrın 26-da Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri üçün təqdimatları keçirilib.Təqdimatlar zamanı bildirib ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar və təcrübə qazanmağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin inkişafına imkan yaradır. Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib. Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub. "Bir" Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 000-dən artıq könüllü bazasına malikdir.
27/09/2018 10:04
Təhsil naziri Rusiya Federasiyası Başqırdıstan Respublikası Baş nazirinin müavini ilə görüşüb
Sentyabrın 26-da təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyası Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Rusiya Federasiyası Başqırdıstan Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
27/09/2018 09:06
“Bir” Tələbə-Könüllü proqramının Gəncədə təqdimatı
Sentyabrın 25-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti tələbələri üçün təqdimatları keçirilib.Təqdimatlar zamanı bildirib ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib. Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub. Növbəti təqdimatlar Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçiriləcək. "Bir" Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 000-dən artıq könüllü bazasına malikdir.
26/09/2018 17:08
“Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) IDEA İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə "Dünyanın ən böyük dərsləri” tədrisi metodikası üzrə seminar keçirilib. Seminarın məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini müəllimlər və onların vasitəsi İlə şagirdlər arasında təbliğ etməkdir. Qeyd edək ki, UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv qurum kimi TİPİİ bu təşəbbüsü ötən ildən dəstəkləyir. Bu il isə İDEA İctimai Birliyi və UNİCEF-in tərəfdaşlığı ilə layihənin çərçivəsi daha da genişlənir. Bakı müəllimlərini əhatə edən seminar daha sonra 27-28 sentyabr tarixlərində Xaçmaz müəllimləri üçün də keçiriləcək. "Dünyanın ən böyük dərsi" layihəsinin məqsədi isə hər il sentyabr ayının sonundan başlayaraq bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslərin keçirilməsindən ibarətdir. Bu il Azərbaycanda keçiriləcək dərslərin mövzusu iqlim dəyişikliyi və onunla mübarizədə vətəndaş mövqeyidir. Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnir. Xatırladaq ki, "Dünyanın ən böyük dərsi" təşəbbüsündə iştirak etmək istəyən məktəblər müvafiq dərs icmallarını TİPİİ-nin saytından əldə edə bilərlər. Beynəlxalq metodistlər tərəfindən hazırlanmış bu dərslər aktuallığı, dinamikliyi və fəaliyyətyönümlülüyü ilə fərqlənir.
26/09/2018 14:25
Məktəblər arasında idman növləri üzrə respublika çempionatı keçiriləcək
Sentyabrın 26-da Milli Olimpiya Komitəsində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının iştirakı ilə məktəblər arasında idman növləri üzrə respublika çempionatının keçirilməsi haqqında birgə əmr imzalanıb. Əmrə əsasən çempionatın əsasnaməsi və proqramı təsdiq edilib. Birgə əmri təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıb. Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb. Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətini diqqətə çatdırıb, sağlam və aktiv həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların nəticələrinin məktəblərin reytinqinin qiymətləndirilməsi zamanı nəzərə alınacağını bildirib. Gənclər və idman naziri Azad Rəhimov çıxışında idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib. AMİF-in prezidenti Sevinc Hüseynova tədbirdə çıxış edərək yeni yaranmış federasiya tərəfindən həyata keçirilən layihələr barədə danışıb, çempionat çərçivəsində keçirilən oyunlarda voleybol və basketbol idman növləri üzrə qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakının rəhbəri olduğu qurum tərəfindən təmin ediləcəyini bildirib. Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.
26/09/2018 13:53
Müddətli müqavilə ilə işə qəbulun üçüncü turu üzrə nəticələr məlum olub
2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1582 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 27-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə növbəti turun oktyabrda keçirilməsi nəzərdə tutulub.
26/09/2018 09:08
Təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Sentyabrın 25-də təhsil naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
25/09/2018 17:44
“Sahibkarlıq” modulunun təqdimatı keçirilib
Sentyabrın 25-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində peşə təhsili müəssisələri üçün hazırlanmış “Sahibkarlıq” modulunun təqdimatı keçirilib. Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, layihənin ekspert və nümayəndələri, peşə təhsili müəssisələrinin müəllimləri iştirak ediblər. Çıxış edənlər son illər peşə təhsilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, peşə təhsili və təliminə dair strateji yol xəritəsində peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırlmasının əsas prioritelərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, “Sahibkarlıq” modulu tələbələrdə sahibkarlıq bacarıqlarının aşılanması, onlarda sahibkar düşüncə tərzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyacaq. Tədbir peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulunun tətbiqinə dair təlimlə davam etdirilib. Təlimçilər modulun strukturu, illik və gündəlik dərs planının hazırlanmasına dair təqdimatla çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.
25/09/2018 17:32
“Bir” Tələbə-Könüllü proqramı bölgə tələbələri üçün təqdimatlara başladı
Sentyabrın 24-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən Lənkəran Dövlət Universiteti və Masallı Dövlət Regional Kollecinin tələbələri üçün təqdimatlar keçirilib. Təqdimatlar zamanı proqramın meneceri Canoğlan İlyasov Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” barədə məlumat verib. Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarxlar nümayiş olunub. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.
25/09/2018 16:19
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı