SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Beynəlxalq olimpiadalara gedən yol
Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilən IV Respublika fənn müsabiqəsinin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb. Dünən Bakı şəhəri Arif Hüseynzadə adma 20 nömrəli məktəb-liseydə onların mükafatlandırılması mərasimi keçirilib. Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev tədbirdə çıxış edərək fənn müsabiqəsinin keçirilməsinin məqsədlərindən danışıb: “İstedadlı uşaqları aşkar etmək, onlann potensiallarını inkişaf etdirmək, fənlərin öyrənilməsində həmin şagirdlərə şərait yaratmaq əsas məqsədimizdir. Hesab edirik ki, bu müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında əvəzsiz rola malikdir. Bu yolla biz istedadlı şagirdlərimizi müəyyən edir, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb edirik”. F.Qarayev 4 il ərzində bu istiqamətdə gedən inkişaf prosesinin sürətinə diqqət çəkib: “4 il əvvəl 35 məktəbdən 300 şagird ilə başlanan fənn müsabiqələri artıq ölkəmizin bütün coğrafiyasını əhatə edir və 15 mindən artıq şagirdin iştirakı ilə keçirilir. Fənn müsabiqəsi qaliblərinin beynəlxalq olimpiada mərkəzlərində hazırlıq prosesi 4 ildir ki, davam edir. Bu gün 250-dən artıq şagird müxtəlif yaş qrupları üzrə həmin mərkəzlərdə xüsusi proqramlar çərçivəsində məşğələlərdə iştirak edirlər”. Olimpiadalara hazırlıq mərkəzlərində keyfiyyətli təhsili təmin etmək məqsədi ilə bir çox ali təhsil müəssisələri, özəl sektorla əməkdaşlıqdan danışan F.Qarayevin sözlərinə görə, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, AMEA-nm ayrı-ayrı institutları ilə maraqlı layihələr həyata keçirir, milli və əcnəbi mütəxəssisləri mərkəzlərə dəvət edir, bununla da şagirdlərin onlardan faydalanmasım təmin etməyə çalışırlar. 15 min şagirdin 52 faizi qızlardır F.Qarayev hazırlıq mərkəzlərində həyata keçirilən işin nəticəsinin çox uğurlu olduğunu, hazırlıq keçən şagirdlərin beynəlxalq bilik yarışlarından əliboş qayıtmadığını deyib: “IV Respublika fənn müsabiqəsi qalibləri ötən il qatıldıqları beynəlxalq olimpiadalarda ölkəmizi layiqli şəkildə təmsil ediblər. Belə ki, yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında riyaziyyat fənni üzrə, İnformatika fənni üzrə yeniyetmələrin Avropa olimpiadasında, həmçinin fizika, kimya, biologiya fənləri üzrə keçirilən olimpiadalarda şagirdlərimiz uğurla çıxış edərək Azərbaycana kifayət qədər medal gətiriblər”. F.Qarayev bilik yarışlarında qızların fərqləndiyini xüsusilə qeyd edib: “Sevindirici haldır ki, olimpiadalara qatılan 15 min şagirddən 52 faizi qızlardır. Fənn müsabiqələrində tətbiq edilən fizika, riyaziyyat, kimya, biologiya və informatika kimi dəqiq fənlərə qız şagirdlərimizin həvəs göstərməsi və qazandıqları nailiyyətlər bizim üçün qürurvericidir”. Azərbaycanda təhsilin inkişafı regionlarda da geri qalmır. F.Qarayev 169 qalib arasında 72 məktəblinin bölgə məktəblərini təmsil etdiyini vurğulayaraq, bunu bölgələrdə təhsilin inkişafının göstəricisi kimi dəyərləndirib. Xüsusi istedadlarla işin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən biridir Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, son illər ölkəmizin təhsil sisteminin yenidən qurulması və qabaqcıl ölkələrin təhsil sisteminə inteqrasiyası üçün çox böyük imkanlar yaranıb. Onun fikrincə, bu istiqamətdə nəzərəçarpan fəaliyyətlərdən biri xüsusi istedadlarla işin təşkilidir. M.Vəliyevanm sözlərinə görə, son illərdə təhsil sahəsində həyata keçirilən tədbirlər arasında bu istiqamət artıq dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirilə bilər: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, istedadlı uşaq və gənclərin inkişafı və onlarla işin daha da təkmilləşdirilməsi, istedadların ümumi potensialının, akademik imkanlarının vaxtında ölçülüb qiymətləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində təhsil sistemi qarşısında yeni tələblər qoyulub. Tələblər arasında ən başlıcası isə istedadlı uşaqlar üçün keçirilən müsabiqə və yarışlar, bu yarışların məzmunca daha da təkmilləşdirilməsidir”. Son 5 ildə təhsil sahəsində qazanılan uğurlar arasında məhz istedadlı uşaqların istər ümumrespublika miqyasında keçirilən fənn olimpiadalarında, istər beynəlxalq olimpiadalarda qazandıqları uğurları vurğulayan nazir müavini bu uğurların məntiqi nəticəsi kimi, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə toxunub. Respublika fənn olimpiadaları qaliblərinin bu təhsil ilindən başlayaraq, ölkə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə, beynəlxalq olimpiada qaliblərinin isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbulunun mümkün olacağını deyib. Bunu fənn müsabiqələri qaliblərinin öz nəticələrini qatıldıqları başqa bilik yarışlarında da təsdiq etməsi və olimpiada qaliblərinin ədalətli seçimin nəticəsi olduğunu bildirib. 17 rayonda 60 xüsusi istedad sinfi M.Vəliyeva qeyd edib ki, istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb. Artıq ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb. Tədbirdə fənn olimpiadaları qalibləri olan və artıq məzun olaraq Azərbaycanın və dünyanın ayn-ayrı universitetlərində təhsil alan tələbələrdən də iştirak edənlər olub. Həmin tələbələrdən biri Cavid Əhmədov Kanadanın ən böyük və ən nüfuzlu universitetində təhsil alır. Alberta Universitetinin tələbəsi olan Cavid Əhmədov bu arzusunu Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində reallaşdırıb: “8 il əvvəl mən də olimpiadalara hazırlaşmağa başladım. Əvvəlcə respublika əhəmiyyətli bilik yarışlarında, daha sonra beynəlxalq bilik yarışlarında uğur qazandım. Olimpiadalara hazırlıq mərkəzlərində əldə etdiyim bilik və bacarıqlar mənə sadəcə olimpiadalarda deyil, ali məktəbə daxil olarkən, hətta universitetdə oxuyarkən də işimə yarayır. Artıq Alberta Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alıram və qazandığım uğurlara görə daha çox olimpiadalara hazırlıq mərkəzlərinə borcluyam”. Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub. “Azərbaycan müəllimi” qəzeti
02/11/2018 12:31
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
Noyabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Bu proses noyabrın 9-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq.
02/11/2018 11:58
Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi
Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir. Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb. Məhəbbət Vəliyeva qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına əsasən, ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra fəaliyyətlər icra olunmaqdadır. Artıq 5 ildir ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb. Çıxışının sonunda nazir müavini qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub. Qeyd edək ki, IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
01/11/2018 17:17
UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb
Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “24/7 kitabxana”nın açılış mərasimi olub. Açılış mərasimində iştirak edən təhsil naziri Ceyhun Bayramova məlumat verilib ki, ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək. Sonra daha bir innovativ layihə - ən müasir texnoloji avadanlıqlarla təchiz edilən “UNEC Extern” mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Qeyd olunub ki, “UNEC Extern”də seçilmiş yerli və əcnəbi professor-müəllimlərdən ibarət heyət tədris aparacaq. Mərkəzdə 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500, gün ərzində isə 9-12 min tələbəyə təhsil vermək mümkündür.
01/11/2018 11:40
“İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib
Oktyabrın 31-də Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin və hazırlanacaq normativ sənədlərlə bağlı birgə müzakirələrin aparılması olub. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, dövlət qurumlarının, peşə təhsili müəssisələrinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, layihə və özəl sektorun təmsilçiləri, ekspertlər iştirak edib. Təhsil naziri Ceyhun Bayramov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu, bu sahədə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, “Peşə təhsili haqqında” Qanun yaxın gələcəkdə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dəyişikliklərə nail olunmasına təkan verəcək. İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınmasının Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri olduğunu qeyd edən nazir bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək iqtisadiyyatda müasir meyllərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsaqzai həyata keçirilən layihələrin ölkədə peşə təhsili sisteminin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasına təkan verdiyini vurğulayaraq, yeni yaradılan mərkəzlərin peşə təhsilinin inkişafı sahəsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Aleksandra Nerisanu Aİ ilə ölkəmiz arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edərək, əsas diqqətin ölkədə peşə təhsiliə yönəldiyini və bir sıra birgə layihələrin həyata keçirildiyini bildirib. Daha sonra konfrans öz işini plenar iclaslarla davam etdirib. Plenar iclaslarda “Vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması Qaydaları” layihəsi müzakirə olunub, bu sahədə beynəlxalq ekspertlərin fikirləri dinlənilib. Qeyd edək ki, konfrans Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.
31/10/2018 12:35
“Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Müsabiqə 12-14 fevral 2019-cu il tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər oktyabrın 29-dan sabahinalimleri.edu.az internet səhifəsində onlayn qeydiyyatdan keçməli və dekabrın 1-dək apardıqları tədqiqatları başa çatdırmalıdırlar. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir. Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
31/10/2018 09:52
“Dayanıqlı inkişaf üçün ekoloji təhsil”
Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhərinin uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib. Təlim “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Layihənin növbəti mərhələsində ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə VI-IX sinif şagirdləri arasında keçirilmiş qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.
30/10/2018 16:28
15-ci Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı 6 şagird təmsil edəcək
2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında təşkil olunacaq Yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO-2018) Azərbaycanı təmsil edəcək şagirdlərin adları məlum olub. Bunlar Murad Bəşirov, Sirac Yəhyazadə (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya), Xanım Yaqublu, Əjdər Fərzullazadə (Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi), Sədiyar Qafarov (Kimya-biologiya təmayüllü respublika liseyi) və Məhəmməd Yusifovdur (Fizika-riyaziyyat və İnformatika təmayüllü lisey). Sentyabrın 29-da baş tutan ilkin seçim imtahanında uğur qazanan 35 şagirdlə oktyabr ayı ərzində dərslər keçirilib, oktyabrın 28-də isə ikinci seçim imtahanı təşkil olunub. İmtahan beynəlxalq proqrama uyğun test və açıq tipli tapşırıqlardan ibarət olmaqla iki mərhələli keçirilib. Seçim imtahanının yekun nəticələri olimpiada.edu.az saytında elan edilib. Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.
30/10/2018 10:34
Təhsil naziri İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb
Oktyabrın 29-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Mauro Dell’Ambrogio Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb. İsveçrənin dövlət katibi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, aparılan islahatlar və gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda təhsil naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio arasında təhsil sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalanıb. Səfərin ilk günü nümayəndə heyəti həmçinin ADA Universitetini ziyarət edib və universitetin rektoru Hafiz Paşayevlə görüşüb. Daha sonra Dell”Ambrogio Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub və sözügedən universitetin tələbələri üçün “İsveçrə:təhsildən innovasiyaya” adlı məruzə ilə çıxış edib.
29/10/2018 21:38
SABAH Mərkəzinin İKT üzrə təlimləri
Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Mərkəzinin təşəbbüsü ilə informasiya texnologiyaları (İT) üzrə təlimlərə start verilib. Təlimlərə müxtəlif ali təhsil müəssisələrinin tələbələri cəlb olunub. Təlimlər AzTU-nun SABAH Mərkəzinin müəllim və tələbələri tərəfindən keçirilir, tələbələrə İKT-nin incəlikləri, o cümlədən tədris prosesində informasiya texnologiyalarından istifadə qaydaları haqqında məlumat verilir. Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq. Təlimlərin cari dərs ilinin sonunadək mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
29/10/2018 11:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı