SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Neftçala Sənaye Məhəlləsinə infotur
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələrinin Neftçala Sənaye Məhəlləsinə infoturu təşkil edilib. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun təşkil edilən turun məqsədi peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının formalaşdırılması, işəgötürən təşkilatlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması olub. Tur zamanı liseyin mühəndis-pedaqoji heyəti və tələbələri sənaye məhəlləsində fəaliyyət göstərən müəssisələr və sahibkarlıq emalatxanası ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər. Görüşdə sənaye məhəlləsində görülən işlər, fəaliyyət göstərən müəssisələr barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
06/11/2018 10:22
Nazir müavini İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru ilə görüşüb
Təhsil nazirinin müavini Firudin Qurbanov İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru Mikele Bulyeze ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ali təhsil səviyyəsindəki əməkdaşlığa toxunan nazir müavini Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisasının mövcudluğunu qeyd edib. Firudin Qurbanov həmçinin vurğulayıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil müəssisələri siyahısına İtaliyanın 13 ali təhsil müəssisəsi daxil edilib və ümumilikdə 48 Azərbaycan vətəndaşı İtaliyada təhsil almaq hüququ qazanıb. Həmçinin Ka Foskari Venesiya Universitetinin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin müəllimləri üçün iki həftəlik intensiv italyan dili kurslarının təşkil edilməsi yüksək qiymətləndirilib. Mikele Bulyeze rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, xarici dillər və iqtisadiyyat üzrə ixtisaslaşan Ka Foskari Venesiya Universitetində 40-a yaxın xarici dil tədris olunur. Ka Foskari Venesiya Universitetində həmçinin “Azərbaycanın xarici siyasəti” fənni tədris olunur. Mikele Bulyeze yaxın gələcəkdə universitetdə Azərbaycan dilinin tədrisinin bərpa olunacağını diqqətə çatdırıb. Qonaq 2018-ci ildə 35 Azərbaycan vətəndaşının Ka Foskari Venesiya Universitetində təhsil almaq hüququnu qazandığını qeyd edib və Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
06/11/2018 09:09
“Məktəblinin dostu kuboku” başa çatıb
Noyabrın 5-də Dövlət Bayrağı Gününə həsr olunan “Məktəblinin dostu kuboku” futbol çempionatının final mərhələsinə yekun vurulub. Final qarşılaşmasında 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutub. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırması mərasimi keçirilib. Məktəbli futbolçulara “Norm” MMC-nin sponsorluğu ilə kubok, medal, diplom və hədiyyələr təqdim olunub. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edib. Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək qalib komandaları təbrik edib, dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Oktyabr ayında başlayan “Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Çempionatın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır. Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.
05/11/2018 17:47
Turizm sektoru üçün çərçivə kurikulumunun tətbiqinə dair təlimlər
“Turizm sektoru üçün hazırlanan çərçivə kurikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib. Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib. Təlim zamanı iştirakçılara kurikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurikulumunun hazırlanması və tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.
05/11/2018 16:36
Turizm sektoru üçün çərçivə kurrikulumunun tətbiqinə dair təlimlər
“Turizm sektoru üçün hazırlanan çərçivə kurrikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib. Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib. Təlim zamanı iştirakçılara kurrikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurrikulumunun hazırlanması və tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.
05/11/2018 16:32
2019-2020-ci tədris ili üzrə İsveçdə doktorantura səviyyəsində təqaüd proqramı
2019-2020-ci tədris ili üzrə İsveçdə doktorantura səviyyəsində təqaüd proqramı elan olunub. Təqaüd proqramına 7 ölkə üzrə 45 yer ayrılıb. Təqaüd proqramına sənəd vermək istəyən şəxslər cari ilin dekabrın 12-dək https://si.se/en/apply/scholarships/visby-programme-phd-postdoc/ səhifəsinə müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir. Elan
05/11/2018 11:05
Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək
Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.
05/11/2018 10:32
Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq
Noyabrın 2-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şah ilə görüş keçirilib. Agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər barədə geniş məlumat verib. Peşə təhsilində “British Council” təşkilatı ilə birgə həyata keçirilən “Turizm sektoru sahəsində kadrların hazırlanması və iş yerində təcrübə proqramı” və “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihələrinin nəticələrini diqqətə çatdırıb, gələcək əməkdaşlıq məsələlərinə toxunub. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah da peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili imkanlarından danışıb. Görüş zamanı birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
02/11/2018 16:33
Təhsil naziri Tərtər şəhərində vətəndaşları qəbul edib
Noyabrın 2-də təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
02/11/2018 15:42
Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək
Əmək bazarındakı orta ixtisas və peşə təhsilinə malik şəxslərə yeni imkanlar yaradılacaq Azərbaycanda informal və qeyri-formal təhsil formaları vasitəsilə əldə edilən bilik, bacarq, səriştə və təcrübənin qiymətləndirilmə si və tanınması məqsədi ilə imtahanların keçirilməsi, onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası hazırlanıb. Bu addımın qısa zamanda öz müsbət nəticəsini verəcəyi şübhə doğurmur. Belə ki, bu mexanizmin işə düşməsi ilə hazırlanan kadr potensialının əmək bazan ilə daha çevik əlaqəsinin qurulması, eyni zamanda, indiyədək müxtəlif üsullarla əldə edilən kompetensiyalarm əmək bazan ilə uzlaşması təmin ediləcək. Ümumiyyətlə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşə təhsili istiqaməti üzrə bir sıra tədbirlər həyata keçirilir. Yeni qanunvericilik təşəbbüsləri, “Peşə təhsili haqqında” qanun və ona dair hazırlanan bir sıra normativ hüquqi sənədlər ətrafında aktiv müzakirələr apanlır. Beynəlxalq təşkilatlann nümayəndələrinin və ekspertlərin iştirakı ilə apanlan növbəti müzakirələrin mövzusu “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” olub. “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən bu müzakirələrdə təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, dövlət qurumlarının, peşə təhsili müəssisələrinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, layihə və özəl sektorun təmsilçiləri, ekspertlər iştirak edib. Peşə təhsilinə yeni yanaşma Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, işsizliyin aradan qaldırılmasına, xüsusən, gənclər arasında məşğulluğun təmin olunmasına xidmət edir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti son illərdə insan kapitalının inkişafı, keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirir. “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi, peşə təhsili müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, işçilərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması belə tədbirlərin, sadəcə, bir neçəsidir. Həmin tədbirlərə diqqət çəkən təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili haqqında” qanunun qəbul edilməsini yaxın gələcəkdə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dəyişikliklərə nail olunması istiqamətində təkanverici addım kimi dəyərləndirir. Onun fikrincə, qanunda peşə təhsilinə yeni yanaşma əksini tapıb. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pillənin peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib. Ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi, yüksək texniki peşə təhsili alanlara subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə əməkhaqqının ödənilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib. Son illərdə Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Bakı və Gəncə şəhərlərində, o cümlədən Qəbələ rayonunda yerləşən 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 peşə təhsili mərkəzi yaradılıb. Kənd təsərrüfatı istiqamətində ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsili, elektrik, mexanik, santexnik, tikişçi, İT istiqaməti üzrə ixtisaslaşan Mingəçevir “ASAN Peşə” Təhsil mərkəzləri istifadəyə verilib. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanan kredit sazişinə görə 8 ixtisas üzrə peşə hazırlığının təşkil ediləcəyi Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb. Peşə təhsilinin müasir məzmununun formalaşması istiqamətində 80-dən çox ixtisasın kurikulumu, o cümlədən 130-dan çox modul tipli dərslik hazırlanıb. 300-dən çox ixtisas müəlliminin təlimlərdə iştirakı təmin edilib. Peşə təhsili sahəsində atılan addımlar həm də vətəndaşların rahatlığma xidmət edir. Təhsil naziri “ASAN Peşə” layihəsinin əhatə dairəsinin bu ildən genişləndirilyini xatırladaraq, artıq bütün “ASAN Xidmət” mərkəzlərində elektron sənəd qəbulunun təşkil edildiyini vurğulayıb. Peşə təhsili almaq üçün “ASAN Peşə” layihəsi çərçivəsində 16 mindən çox müraciət olub. Onların 15 mindən çoxu peşə təhsili müəssisələrinin tələbəsi adını qazamb. 2018-2019-cu tədris ilində əmək bazarının dəyişən tələblərini nəzərə alaraq 34-ü əlavə dəyər yaradan yeni ixtisas olmaqla 168 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağı artıracaq Təhsil naziri peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə layihələrin icrasını xüsusi qeyd edib. Hazırda Avropa İttifaqı tərəfindən Azərbaycanda “Peşə təhsili və təliminin inkişafına dəstək” texniki yardım layihəsinin icrası uğurla davam etdirilir. İcra olunan 4 qrant layihəsi hesabına Gəncə və Qəbələ şəhərləri, Cəlilabad, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsilinin keyfiyyətinin artırılması, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılınası, təhsil müəssisələrinin işəgötürənlərlə əməkdaşlığı çərçivəsində iş yerində təcrübə proqramlarının həyata keçirilməsi, səriştə əsaslı məzmunun formalaşdırılması üçün kurikulum tədris materiallarının hazırlanması, səriştələrin tanınması mexanizminin tətbiq edilməsi kimi fəaliyyətlər həyata keçirilməkdədir. Təhsil naziri 3 ay əvvəl Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə də diqqət ayırıb. Onun fikrincə, digər əhəmiyyətli cəhətləri ilə yanaşı, Milli Kvalifikasiyalar Çərçivəsi əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması sistemini təşviq edir: “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması ömür boyu təhsil konsepsiyasının vacib elementlərindən hesab olunur, tnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu bir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün bu bacarıqların və səriştələrin tanınması çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli şəkildə artmasına və məşğulluğa bilavasitə təsir edəcək”. Məşğulluq strategiyası çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda müasir meyillərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib. O, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.Nazirin fikrincə, Azərbaycanda yeni təsdiqlənən məşğulluq strategiyası çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək: “Azərbaycan əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də bu insan resurslarını əmək bazarının tələbləri ilə, əmək bazarını isə insan resursları ilə uzlaşdırmaqdan ibarətdir”. Növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır: “Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Ancaq bu, o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informal bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir”. Azərbaycanda kifayət qədər insan hər hansı peşə təhsili müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, tndi həmin insanlar üçün də yeni imkanlar yaratmaq lazımdır: “Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında olanların əksəriyyəti deyil, əmək bazarında olan insanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır. Biz də həmin insanlar üçün yeni imkanlar tanımalıyıq. Növbəti dövrlər üçün əmək bazarını hansı peşə istiqamətləri üzrə təşviq etməli olduğumuzu müəyyənləşdirməliyik. Mövcud insan resurslarının potensialından tam istifadə etməyə çalışmalıyıq”. S.Babayevin fikrincə, Milli Kvalifikasiya Çərçivəsi təsdiq olunduğundan 270 köhnə peşə standartı ona uyğunlaşdırılmalı, 8 pilləli təhsil modelinə keçidlə əlaqədar standartlar yenilənməli, ümumilikdə dünyada olan 6000 peşənin, Azərbaycanda mövcud olan peşələrin 95 faizini əhatə edən 1000 önəmli peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır. Konkret peşə sahəsində formal universitet dərəcəsi olmayan insanlar üçün daha geniş imkanlar BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsaqzai həyata keçirilən layihələrin ölkədə peşə təhsili sisteminin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasına təkan verdiyi qənaətindədir. Onun fikrincə, informal və qeyri-formal qaydada səriştələrin tanınması Azərbaycanda formal məktəb sistemlərindən kənarda olan tədris imkanlarının tanınması və təsdiqlənməsi baxımından ilk cəhd olacaq. Beynəlxalq təşkilatlarla birgə icra edilən “İnformal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması” layihəsi peşə təhsili imkanlarının genişləndirilməsinə yönəlib. Q.İsaqzainin fikrincə, yerli əhalini iş yerləri ilə təmin etmək və daimi tədris mərkəzləri yaratmaq Azərbaycan xalqı üçün həyata keçirilən tədbirlərdən biridir: “Dünyanın bir sıra ölkələrində bu təcrübə milli əmək qüvvəsi sıralarında qanunvericiliyə qanuni şəkildə daxil edilib. Bu da konkret peşə sahəsində formal universitet dərəcəsi olmayan insanlara daha geniş imkanlar yaradacaq”. ...həmin insanların əmək bazarında iştirakı çox vacibdir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən Aleksandra Nerisanu Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qənaətindədir. Bu əlaqələrdə peşə təhsili istiqaməti üzrə həyata keçirilən tədbirlərin, xüsusən birgə layihələrin xüsusi payı olduğunu vurğulayan A.Nerisanu Avropa İttifaqı tərəfindən Azərbaycanın təhsil sisteminə verilən dəstəyin bundan sonra da yüksək səviyyədə davam edəcəyini deyib. Nerisanu bu fikirdədir ki, Azərbaycanda bir çoxları öz evində - formal təhsil sistemindən kənarda çox zəngin təcrübə, bacarıq və biliklər əldə edir: “Etiraf edirik ki, ölkənin milli səviyyədə inkişafı üçün həmin insanların əmək bazarında iştirak etməsi çox vacibdir. Onların cəmiyyətə verdikləri töhfə böyük ola bilər. Biz hesab edirik ki, vətəndaşlara bu kimi imkanlar verilməli və bununla bağlı sənədlər bazası hazırlanmalı, onların bacarıqları və səriştələri rəsmi şəkildə tanınmalıdır. Hətta onlar bunu əldə etdikdən sonra təhsil və tədrislərini davam etdirə bilərlər”. İşəgötürənlərlə təhsil sistemi arasında əməkdaşlıq hər mərhələdə zəruridir Əmək bazarının dəyişən tələblərinə uyğun olaraq mühüm ixtisaslar və istiqamətlər üzrə bugünkü tələbat işəgötürənlərlə təhsil sistemi arasında əməkdaşlığı zərurətə çevirir. Peşə Təhsili üzrə Dövlət Agentliynin direktor əvəzi Amil Əlili Strateji Yol Xəritəsinin əsas strateji hədəflərindən biri kimi bu məsələyə diqqət çəkib. Azəbaycanm əmək bazarında müəyyən qədər uyğunsuzluq yarandığını deyən A.Əlili bunu təhsil müəssisələrində hazırlanan kadrlarla əmək bazarında tələb olunan kadrlar arasında taraz inkişafın olmaması ilə izah edib. Onun fikrincə, Strateji Yol Xəritəsində qəbul edilən əsas strateji hədəflər yalnız peşə təhsili pilləsində deyil, təhsilin bütün pillələrində qeyri-formal və informal səriştələrin tanınmasını zəruri edib. Odur ki, gələcək fəaliyyətin müəyyən edilməsi istiqamətində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə işlək bir sənədin hazırlanması qərara alınıb. A.Əlilinin fikrincə bu, yəni sənədlərin hazırlanması prosesində də işəgötürənlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət zəruridir:“Hər yeni təhsil proqramının hazırlanmasında da, peşə standartının müəyyənləşdirilməsində də işəgötürənlərin maraqları, onların istəyinə uyğun kadr hazırlığı prioritet kimi müəyyən olunub”. Səriştələrin tanınması imtahanla olacaq Maraqlıdır, bəs, vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesi hansı formada həyata keçiriləcək? Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı səriştələrin tanınmasının iki hissədən ibarət proses olacağını açıqlayıb: “Prosesin bir hissəsini yazılı, yaxud digər formada keçirilən proses kimi, digər hissəsini praktik formada həyata keçirilən imtahan kimi görürük. Nəzəri hissə testlə keçirilə bilər. Prosesin praktik hissəsində imtahan götürəcək şəxslərin həmin sahə üzrə mütəxəssis olması vacibdir. Buna görə də ekspertlərin müəssisələri təmsil edən mütəxəssislərdən ibarət olmasına üstünlük veririk. Qiymətləndirilmənin təşkili üçün infrastrukturun olması da vacibdir. Odur ki, sertifikatlaşmanm keçiriləcəyi müəssisələr də müəyyənləşməlidir”. M.Bayramlı qeyd edib ki, səriştələrin tanınması prosesini idarə edəcək Sertifikatlaşdırma Mərkəzinin qurulması nəzərdə tutulub. Sertifikatlaşma Mərkəzi səriştələrin tanınması üzrə bütün normativ sənədləri hazırlayan, bütün prosesləri təşkil edəcək qurum olacaq. Hazırda mərkəzin hansı formada qurulması üzrə danışıqlar aparılır. Yaxın gələcəkdə mərkəzin normativ hüquqi bazasının formalaşdırılması nəzərdə tutulur”. M.Bayramlı əlavə edib ki, səriştələrin tanınması prosesinin məntiqi nəticəsi olaraq veriləcək sənədlər işə qəbul zamanı tanınacaq. Onun sözlərinə görə, səriştələrin tanınması prosesinin həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsi şifahi olaraq yoxlanılacaq: “İlkin proses yekunlaşandan sonra imtahan mərhələsi gəlir. Bu mərhələ yazılı və praktik olmalıdır, imtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli nəticə göstərən şəxs dövlət nümunəli sənəd əldə edəcək. İmtahanda aşağı nəticə göstərən şəxslərin təlimlərə cəlbini nəzərdə tuturuq. Şikayətləri olan şəxslər üçün apelyasiya şikayətinin verilməsi imkanının da yaradılması nəzərdə tutulub”. Peşə təhsilinin sosial-iqtisadi inkişafda rolunu qəbul etməliyik Dövlət-özəl əməkdaşlığı sahəsində beynəlxalq təcrübəyə dair beynəlxalq ekspert Brian Milton hesab edir ki, bazar iqtisadiyyatında dövlət və özəl sektorun tərəfdaşlığı təhsillə əmək bazarını əlaqələndirən bir vasitədir. Ekspert deyir ki, təhsil xidmətlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı dövlət və özəl sektorun üstünlüklərini tamamlamaq və bu strukturları bir araya gətirmək məqsədi ilə çərçivə strukturu yaradılır. Avropa İttifaqı ölkələrində, Avstraliyada, ABŞ-da bundan istifadə edilir. Banqladeş, Almaniya, İrlandiya təcrübəsinin xüsusi cəhətlərinə diqqət yetirən mütəxəssis karyeranı düzgün istiqamətləndirmək üçün bu əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib: “Peşə təhsili və təliminin bütün səviyyələrində innovasiyalara töhfə vermək, sahibkarlığı təşviq etmək və iqtisadi mükəmməlliyi təbliğ etmək potensialını qiymətləndirməliyik. Peşə təhsili və təliminin sosial-iqtisadi inkişafda rolunu qəbul etməliyik. Bu və digər vətəndaşların bacarıqlarının biznes əməliyyatlarında istifadəsi baxımından peşə təhsili və təlimi çox vacibdir”. “Azərbaycan müəllimi” qəzeti
02/11/2018 14:24
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı