SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb
Oktyabrın 29-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində Mauro Dell’Ambrogio Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.
İsveçrənin dövlət katibi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, aparılan islahatlar və gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda təhsil naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio arasında təhsil sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalanıb.
Səfərin ilk günü nümayəndə heyəti həmçinin ADA Universitetini ziyarət edib və universitetin rektoru Hafiz Paşayevlə görüşüb. Daha sonra Dell”Ambrogio Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub və sözügedən universitetin tələbələri üçün “İsveçrə:təhsildən innovasiyaya” adlı məruzə ilə çıxış edib.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl