• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir. Müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur. Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib.  “Azərpoçt” MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon poçt filialları üzrə yerli poçt filiallarına, Bakı şəhəri üzrə isə “Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir. Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat , həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunacaq. Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndəriləcək. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim ediləcək. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunacaq. Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunacaq. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunacaq. Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabr - Ümumdünya Poçt Günündə keçirilir. Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.

Respublika çempionatının növbəti zona yarışları keçirilib

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Hacıqabul, Şirvan, Sabirabad, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Şirvan şəhər 16 nömrəli tam orta məktəbin, II yeri İmişlı rayon Rəsullu kənd tam orta məktəbin, III yeri Sabirabad rayon 6 nömrəli tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. Yarışlarda Sabunçu, Suraxanı, Xəzər, Pirallahı, Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Səbail, Şuşa, Zəngilan rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Xətai  rayonu 269 nömrəli, II yeri Səbail rayonu 160 nömrəli, III yeri Nizami rayonu 220 nömrəli tam orta məktəblərin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilib. 

SABAH tələbəsi Tələbə Təqaüd Proqramının qalibi olub

Azərbaycan Dövlət İqtisad Universitetinin  “Maliyyə” ixtisası üzrə  IV kurs SABAH tələbəsi İslam Tağıyev “AccessBank” Tələbə Təqaüd Proqramının qalibi seçilib. Azərbaycanın ali təhsil müəssisələrindən 800-dən çox tələbənin müraciət etdiyi Tələbə Təqaüd Proqramı 4 mərhələdən ibarət olub. I mərhələdə tələbələrin orta müvəffəqiyyət göstəriciləri və motivasiya məktubu əsas götürülüb. II mərhələdə tələbələr məntiq üzrə imtahan veriblər. Esse müsabiqəsindən də uğurla keçən III mərhələnin qalibləri  üçün finalda müsahibə təşkil olunub. Müsabiqənin yekununda 10 tələbə qalib seçilib.

“Əməkdar müəllim” fəxri adı təqdim edilib

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib. Ceyhun Bayramov ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyini və böyük uğurlar əldə edildiyini bildirib. Nazir müəllimlik peşəsinə marağın artdığını, müəllim əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Təhsil naziri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən və yetirmələrinin uğurlarından söz açıb. Təhsil naziri qeyd edib ki, ölkə Prezidentinin sərəncamına əsasən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibəti ilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Valentina Kraynova, Ülviyyə Manafova və Səadət Səttarovaya “Əməkdar müəllim” fəxri adı verilib. Nazir mükafatları təqdim edərək fəxri ad alan müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib. Mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib. Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur. Jurnalistlərə cari ildə nostrifikasiya prosedurunda həyata keçirilmiş yeniliklər və istifadə rahatlığı məqsədilə edilmiş dəyişikliklər, eləcə də vətəndaşların sözügedən sahədə maarifləndirilməsi istiqamətində görülmüş mühüm işlər barədə ətraflı məlumat verilib.  Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, il ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir. Eyni zamanda cari ildə akkreditasiya sahəsində görülmüş işlər, ölkədə ali təhsilin keyfiyyətinin təmin olunmasında akkreditasiyanın önəmli rolu və digər əlaqəli məsələlər haqqında məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq 8 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, “2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən isə 12 ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsinə başlanılıb. Daha sonra idarə rəhbərliyi tərəfindən media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son illərdə yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirməklə yanaşı,  təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

Azərbaycan tələbələrinin II qurultayı keçiriləcək

Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək. Qurultayın keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb. Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər. Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Masallı rayonu Hişkədərə kənd tam orta məktəbin, II yeri Lənkəran rayonu Şağlaser kənd tam orta məktəbin, III yeri Astara rayonu Kijabə qəsəbə tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə Qusar Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Sumqayıt, Abşeron rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Xaçmaz rayonu 6 nömrəli tam orta məktəbin, II yeri Qusar rayonu 6 nömrəli tam orta məktəbin, III yeri Xizi rayonu Giləzi kənd tam orta məktəbin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı