• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü islahatlar peşə təhsilinin rolunun əhəmiyyətli dərəcədə artırılmasına təkan verib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bu sahənin inkişafı üzrə kompleks tədbirlər həyata keçirilib.

Azərbaycan tələbələrinin II qurultayı öz işinə başlayıb

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı öz işinə başlayıb. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər. Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.  Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb. Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib. Qurultay öz işini davam etdirir.

Bakıda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib

Dekabrın 20-də Bakıda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib. Əvvəlcə Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası katibliyinin rəhbəri Hüseyn Hüseynovun moderatorluğu ilə keçən konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, təhsil Dayanıqlı İnkişaf Məqsədləri arasında xüsusi yer tutur. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli dünyada Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını bildirib. O deyib ki, Azərbaycanda bu sahədə davamlı tədbirlər həyata keçirilir. Yoxsulluğun səviyyəsi beş faizə düşüb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir. Ölkəmiz Minilliyin İnkişaf Məqsədlərinə qoşulub, bu sahədə xeyli uğurlarımız var. Milli Məclisin deputatı Məlahət İbrahimqızı Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qəbul edilən qərarların 30 faizdən çoxunun gənclərlə bağlı olduğunu bildirib. Buna görə də bu qərarların yerinə yetirilməsində gənclər fəal olmalıdırlar. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərimiz müxtəlif dövlət qurumlarında təmsil olunurlar. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün dünyada ibtidai təhsil ala bilməyənlərin əlli faizinin münaqişə zonalarının vətəndaşları olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Faktiki olaraq müharibə şəraitində yaşayırıq. Buna baxmayaq ölkəmizdə ibtidai təhsil yaşına çatan bütün vətəndaşlarımız ibtidai təhsil alırlar. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin nəticəsidir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti Delavar Barekzai deyib ki, gənclər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə fəal şəkildə qoşulmalıdırlar. Konfrans müzakirələrlə davam edib.   AZƏRTAC

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsabiqə Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib. Cari ilin sentyabr-dekabr aylarında keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsidir. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilib. Müsabiqənin respublika mərhələsinin qaliblərinin seçimi Təhsil, Fövqəladə Hallar nazirlikləri, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.  

Sabah Azərbaycan tələbələrinin II qurultayıdır

Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində keçirilən qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər. Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verilib

  Dekabrın 20-də Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə  Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verilib.   Festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalaradan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir. 2018-2019-cu tədris ili boyunca keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 2 müsabiqə - “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri keçiriləcək. Müsabiqələrdə respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri dekorativ-tətbiqi, təsviri sənət, dram və ekologiya istiqamətləri üzrə iştirak edəcəklər.

Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək. Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Namizədlərdən imtahan keçiriləcək ünvana ( 5 nömrəli Bakı Peşə Liseyinin binası, Məhsəti küçəsi, 3) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

Azərbaycanda İnsan Kapitalı üzrə Forum

Dekabrın 19-dan Dünya Bankı və Azərbaycan hökumətinin müvafiq qurumlarının təşkilatçılığı ilə öz işinə başlayan “Azərbaycanda İnsan Kapitalı üzrə Forum” bu gün də davam edib. Forumda çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvi müasir dünyada təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib. Təhsil naziri Ceyhun Bayramov son illərdə təhsil sahəsində mühüm islahatların və layihələrin həyata keçirildiyini vurğulayıb, qazanılan uğurlar barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edən nazir bu proqramın təhsilin inkişafında müstəsna rol oynayacağını diqqətə çatdırıb. Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib. Ceyhun Bayramov bildirib ki, peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Son bir neçə ildə Azərbaycanda peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb. Ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edildiyini xatırladan təhsil naziri sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edildiyini vurğulayıb. Forumda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxış ediblər. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Cenevrədə Azərbaycanın innovativ və yüksək texnologiyalar üzrə startaplarına həsr olunan tədbir keçirilib

Dekabrın 18-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan tədbir keçirilib. Tədbirin ilk hissəsində innovativ və yüksək texnologiyalı startaplara həsr edilmiş sərginin rəsmi açılışı olub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan startapçılarının hazırladığı 16 layihə təqdim olunub. Tədbirdə ÜƏMT-nin, BTİ-nin nümayəndələri, Cenevrədə akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların, akademik və biznes dairələrinin təmsilçiləri iştirak ediblər. Sərginin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hulin Zao, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, təhsil nazirinin müavini İdris İsayev çıxış ediblər. Təhsil nazirinin müavini İdris İsayev cıxışında bildirib ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. Bu istiqamətdə elm və təhsilin rolu danılmazdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsədlə də milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi həyata keçirilir. Çıxışlardan sonra beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələr Azərbaycan startapçılarının hazırladıqları layihələrə baxıblar. Kənd təsərrüfatı, səhiyyə, sənaye, turizm və digər sektorları əhatə edən və uğurlu perspektivlər vəd edən innovativ layihələr böyük maraqla qarşılanıb. Startap sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8, ali təhsil müəssisələrinin 5 və Əqli Mülkiyyət Agentliyininn 3 layihəsi təqdim olunub. Sərginin açılışından sonra ÜƏMT-nin binasında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” adlı konfrans keçirilib. Tədbirin bədii hissəsində Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.

Pakistan İslam Respublikasında təqaüd proqramı

Pakistan İslam Respublikasının İslamabad COMSATS Universitetində 2019-2020-ci  tədris ili üzrə magistratura və doktorantura səviyyələrində təqaüd proqramı elan olunub. Təqaüd proqramına sənəd qəbulu http://international.admissions.comsats.edu.pk/  səhifəsi vasitəsi ilə 2019-cu ilin fevralın 15-dək həyata keçirilir. Beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, təhsil haqqı və yaşayış xərcləri Pakistan tərəfindən qarşılanır.    Pakistan İslam Respublikasının İslamabad COMSATS Universitetində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı