SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Əməkdar müəllim” fəxri adı təqdim edilib
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib.
Ceyhun Bayramov ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyini və böyük uğurlar əldə edildiyini bildirib. Nazir müəllimlik peşəsinə marağın artdığını, müəllim əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Təhsil naziri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən və yetirmələrinin uğurlarından söz açıb. Təhsil naziri qeyd edib ki, ölkə Prezidentinin sərəncamına əsasən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibəti ilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Valentina Kraynova, Ülviyyə Manafova və Səadət Səttarovaya “Əməkdar müəllim” fəxri adı verilib.
Nazir mükafatları təqdim edərək fəxri ad alan müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl