• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatı

Bildiyimiz kimi, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub.  Bildiririk ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.  Hazırda 433 sinif distant formada tədrisə davam edir.  İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib. Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.  Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir.   Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə ayrı-ayrı məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

“WorldSkills Shanghai 2022” beynəlxalq yarışlarda iştirak üçün aşpazlıq üzrə milli müsabiqə keçirilir

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə start verilib.   Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.   Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom proqramları" üçün təqaüd əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.   Müraciətlər 5 noyabr 2021-ci il tarixinədək qəbul edilir. İştirakçılar keçid linki  vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər.   Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Ali və orta ixtisas təhsili müəssisələrin pedaqoji heyəti üçün seminarlar təşkil olunub

19 və 21 oktyabr tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.   Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə keçirilən seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2000-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib.   Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.

Venesuela Bolivar Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Oktyabrın 21-də təhsil naziri Emin Əmrullayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.   Görüş zamanı Təhsil Nazirliyi ilə Venesuela Bolivar Respublikası arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Abşeron və Sumqayıt üzrə Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş

Oktyabrın 21-də Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Sumqayıt və Abşeron üzrə Vətən müharibəsində iştirak edən 11 təhsil işçisi, Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, şəhid Qoşqar Ömərovun atası Səxavət Ömərov iştirak ediblər.   Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.   Əvvəlcə Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin adını daşıdığı, I Qarabağ döyüşlərində şəhid olmuş Bəxtiyar Cəfərovun büstünün önünə gül dəstələri düzülüb.   Qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, kimya, fizika laboratoriyalarında, STEAM otaqlarında keçirilən dərsləri izləyiblər.   Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsində məktəblərin, müəllimlərin rolundan danışıb. Yaşanılan şanlı tarixin, qazanılan zəfərin ümumi təhsil müəssisələrində tədrisinin vacibliyinə toxunan nazir müavini təhsil ocaqlarında qazilərlə mütəmadi görüşlərin təşkilinin əhəmiyyətinə diqqət çəkib.   Muxtar Məmmədov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib və onlara uğurlar arzulayıb.     Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.    Görüşdən sonra tədbir iştirakçıları Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasında iştirak edib, məktəbin həyətyanı sahəsində ağac əkiblər.

Təhsil naziri Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Oktyabrın 21-də təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kandis MakDeyqan ilə görüşüb.   Görüş zamanı Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

“Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə 12 253 müraciət daxil olub

Son 5 ay ərzində Təhsil Nazirliyi və tabe qurumlarına “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə 12 253 müraciət daxil olub. Müraciətlərdən 12 074-ü artıq cavablandırılıb, 179 müraciət isə baxılma mərhələsindədir. Göndərilən müraciətlərin tətbiq olunmuş təkmil daxili (CRM) sistem vasitəsilə qısa zaman çərçivəsində Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönləndirilməklə cavablandırılması təmin olunur.   Nəticədə portal.edu.az platforması vasitəsilə daxil olmuş yazılı elektron müraciətin orta icra müddəti yazılı kağız üzərində edilmiş müraciətin orta icra müddəti ilə müqayisədə 3 dəfə qısaldılıb və müraciətlərin icra olunmasının müvəffəqiyyət göstəricisi artıb.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platformasında yaradılan “Vətəndaş müraciətləri” xidməti artıq 5 aydır istifadəyə verilib.   Xidmət vətəndaş məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdırmaq məqsədi daşıyır.   Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.

V qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə onlayn formatda görüş keçirilib.   Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva və 179 nəfər qalib layihələrin rəhbəri iştirak edib.    Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov şagirdlərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ümumi təhsil müəssisələrinin qarşısında duran  mühüm vəzifələrdən danışıb. Firudin Qurbanov bildirib ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidir.     Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan təhsil nazirinin müavini layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.   Sonda layihələrin icrasına verilən tələblərə dair ətraflı məlumat verilib.   Qeyd edək ki, 2017- 2021-ci illər üzrə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 226 və “Fərdi” kateqoriya üzrə 592 layihə olmaqla, ümumilikdə 818 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Defektoloq vakansiyası üzrə seçim bu gün başa çatır

Oktyabrın 21-də xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi yekunlaşır. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/2oJ6ftx2TJavSkDY7    Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.   Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunur.   Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.    Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.    Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

"Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edəcək.   Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. Sözügedən təhsil proqramı unikal olaraq ali təhsil müəssisələri, dövlət qurumları, yerli və beynəlxalq bazarlarda müxtəlif böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq vasitəsilə həyata keçiriləcək.   Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq univesitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur.   Yeni mərkəzdə  təklif olunan proqrama iştirakçılar onlayn müraciət prosesi ilə seçiləcək və sonda 30-40 (10 komanda)  nəfər iştirakçı təyin olunacaq. Seçim prosessində  “IE” Biznes Məktəbi dəstək göstərəcək. İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır.   Qeyd edək ki, yaxın günlərdə mərkəzin ali təhsil müəssisələrində təqdimatı başlayacaq və ictimaiyyətə daha geniş məlumat veriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı