SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
V qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva və 179 nəfər qalib layihələrin rəhbəri iştirak edib.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov şagirdlərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ümumi təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Firudin Qurbanov bildirib ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidir.
Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan təhsil nazirinin müavini layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda layihələrin icrasına verilən tələblərə dair ətraflı məlumat verilib.
Qeyd edək ki, 2017- 2021-ci illər üzrə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 226 və “Fərdi” kateqoriya üzrə 592 layihə olmaqla, ümumilikdə 818 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl