• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Naxçıvanın ali təhsil müəssisələrində olub

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.  Əvvəlcə Naxçıvan Dövlət Universitetində yaradılmış şəraitlə tanış olan nümayəndə heyəti universitetin memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, eləcə də pedaqoji fakültələri üzrə auditoriyalarında olub. Tələbələrin startap layihələri ilə tanışlıqdan sonra beynəlxalq münasibətlər və hüquq fakültəsinin kriminalistika laboratoriyasında dərsdənkənar məşğələlərin gedişatı izlənilib. Həmçinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında kamera orkestrinin ifası dinlənilib.    Daha sonra universitetin kollektivi ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisəsinin fəaliyyəti, kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.   Sonda təhsil naziri Emin Əmrullayevə universitetin hədiyyəsi təqdim olunub.   Səfər çərçivəsində Naxçıvan Müəllimlər İnstitutu ilə də tanışlıq olub.

Təhsil naziri Naxçıvanda səfərdədir

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.  Əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad edilib.    Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.    Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən “STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq dərslərinin gedişatını izləyiblər.   Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olan şagirdlərin əl işləri ilə tanış olub.     Nümayəndə heyətinin Naxçıvana səfəri davam edir.

Nazir müavini UNESCO-nun Qlobal Təhsil Konfransında çıxış edib

Oktyabrın 26-da təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO-nun təşkilatçılığı ilə keçirilmiş “Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda qlobal təhsil konfransında çıxış edib.   Onlayn təşkil olunmuş tədbirdə BMT-nin baş katibi Antonio Qutereş, UNESCO-nun Baş direktoru Odri Azulay, 40-a yaxın ölkənin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.   Konfrans zamanı çıxış edən Muxtar Məmmədov ölkəmizdə multikulturalizm ənənələrinin və tolerantlığın təşviqi istiqamətində təhsil sahəsində görülən işlər barədə məlumat verib, post-münaqişə dövründə regionda sülhün möhkəmləndirilməsi, qarşılıqlı hörmətin təşviqi istiqamətində təhsil sisteminin töhfələrindən yararlanmağın vacibliyini vurğulayıb.   Nazir müavini həmçinin qeyd edib ki, ötən il soydaşlarımız Ermənistan dövləti və diasporanın dəstəyi ilə internet resursları üzərindən həyata keçirilmiş nifrət nitqi kampaniyasının hədəfi olub. Bu mənada multikultural Azərbaycandan fərqli olaraq Ermənistan digər millətin nümayəndələrinə qarşı nifrət nitqi və dözümsüzlüyü təbliğ edən dövlət olaraq qalmaqdadır.  

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərin nəzərinə!

2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və  Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında 9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Qərara əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılıb III ixtisas qrupuna daxil edilmişlər.   Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2022/2023-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsinə qəbul imtahanları çərçivəsində III ixtisas qrupunun TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ədəbiyyat fənnindən imtahan verirlər. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verirlər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.    *DT altqrupuna daxil olan ixtisaslar – Hüquqşünaslıq, Tarix, Tarix müəllimliyi, Filologiya, Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, Tərcümə, Dövlət və ictimai münasibətlər və s. **TC altqrupuna daxil olan ixtisaslar - Beynəlxalq münasibətlər və Regionşünaslıq.  

III Mərkəzi Asiya Nobel Festivalının açılış mərasimi keçirilib

Oktyabrın 26-da “Gələcək artıq bu gündür” adlı III Mərkəzi Asiya Nobel Festivalının onlayn formatda açılış mərasimi keçirilib.   “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə keçirilən onlayn elmi simpoziumunun əsas mövzusu yaşıl reallıq, təhsil və gələcəyin peşələri, innovasiyalar əsri və insanlar üçün iqtisadiyyat istiqamətlərinə həsr olunub.   Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov festivalın aparıcı alimlər, mütəxəssislər və Nobel mükafatı laureatları ilə əlaqələri gücləndirməyə kömək etdiyini, Mərkəzi Asiya ölkələrində təcrübə mübadiləsi aparmaq, elmi potensialın və innovasiyaların inkişafı üçün təkliflər vermək imkanı yaratdığını qeyd edib. Nazir müavininin sözlərinə görə, festival ali təhsil müəssisələrinin tələbələrinə, professor-müəllim heyətinə elm və texnologiyanın ən son nailiyyətləri haqqında əlavə məlumat almaq imkanı verəcək.   Təhsilin hər bir ölkənin gələcəyini və uğurlu inkişafını müəyyən etdiyini vurğulayan Firudin Qurbanov bildirib ki, bu baxımdan hər bir şagirdin yaradıcı inkişafı üçün şərait yaratmaq lazımdır. Bu kontekstdə Azərbaycanda təhsil sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatlar aparıldığına toxunan nazir müavini Təhsil Nazirliyi tərəfindən həyata keçirilən innovativ layihələr haqda iştirakçılara məlumat verib. Festivalın tərəfdaşı olan “SABAH qrupları” layihəsindən söz açan Firudin Qurbanov qeyd edib ki, layihə ali təhsil sistemində yeni unikal mühit yaratmaq üçün nəzərdə tutulmuş innovativ layihədir.   Festivalın alimlərlə geniş ictimaiyyət arasında dialoqun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini deyən nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzulayıb.   Mərasim digər qonaqların çıxışları ilə davam etdirilib.   Bildirilib ki, III Mərkəzi Asiya Nobel Festivalında 40 mindən çox iştirakçının olacağı gözlənilir. Festivalın proqramına sadalanan istiqamətlər üzrə 25 mühazirə, müzakirələr və digər tədbirlər daxildir. Festivalın onlayn platformasında dörd Nobel mükafatı laureatı, iki sıçrayış mükafatı laureatı (“Elm Oskarları”), eləcə də bir sıra dünya səviyyəli ekspertlər çıxış edəcəklər.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib.   12-13 oktyabr tarixlərində keçirilən xüsusi təhsil müəssisələri üzrə işə qəbul üçün vakansiyalara müraciət edən namizədlərin məlumatları emal edildikdən sonra onlardan 44 namizəd seçilərək müsahibə mərhələsinə dəvət olunub. Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılıb.   Qeyd edək ki, müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

166 məktəbdə elektron jurnal və gündəlik sisteminin tətbiqinə başlanılıb

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Cari ilin sonunadək daha 197  məktəbdə tətbiqi nəzərdə tutulur. Sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.   Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.   Yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb. Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin, məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

Təhsil nazirinin videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 29 oktyabr saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.azhttps://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

“Təhsil avtobusu – Qayıdış” layihəsinin bağlanış mərasimi keçirilib

Oktyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsinin bağlanış və dəstək olan qurumların mükafatlandırılması mərasimi baş tutub.   Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, “Regional İnkişaf” İctimai Birliyi, “Kapital Bank”ın rəsmi nümayəndələri, layihənin təşkilatçıları və tərəfdaş qurumların təmsilçiləri iştirak edib.   Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq beşinci dəfə həyata keçirilən və Qarabağa qayıdışa həsr olunan layihənin Qarabağlı şagirdlərin şəxsi inkişafı, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.   Daha sonra çıxış edən layihə rəhbəri Ülviyyə Axundova layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, layihə çərçivəsində “Təhsil avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edilib və Qarabağın 53 məktəbindən olan 198 şagird layihəyə cəlb olunub. Səfər edilən bölgələr üzrə məktəblərdə təhsil alan, zəif və orta göstəriciyə malik VI-IX sinif şagirdlərinin cəlb edildiyi layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.   Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.    “Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” tələbə-könüllü proqramı, “Kids Inc.”, proqramı, SABAH qrupları, “Edumap” Təhsil portalının tərəfdaşlığı ilə keçirilir.

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri Avropa çempionu oldular

15-21 oktyabr 2021-ci il tarixlərində Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə şahmat üzrə hibrid formatda Avropa birinciliyi keçirilib.   8-20 yaşadək oğlan və qızlar arasında təşkil olunan birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Uğur İlyaslı 18 yaşlı oğlanlar, “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Ayan Allahverdiyeva 16 yaşadək qızlar arasında 7.5 xal toplayaraq Avropa çempionu adını qazanıblar.   Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Mələk İsmayıl 18 yaşlı qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin gümüş, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli 10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq bürünc mükafatına layiq görülüblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı