SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanda İnsan Kapitalı üzrə Forum
Dekabrın 19-dan Dünya Bankı və Azərbaycan hökumətinin müvafiq qurumlarının təşkilatçılığı ilə öz işinə başlayan “Azərbaycanda İnsan Kapitalı üzrə Forum” bu gün də davam edib.
Forumda çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvi müasir dünyada təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib.
Təhsil naziri Ceyhun Bayramov son illərdə təhsil sahəsində mühüm islahatların və layihələrin həyata keçirildiyini vurğulayıb, qazanılan uğurlar barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edən nazir bu proqramın təhsilin inkişafında müstəsna rol oynayacağını diqqətə çatdırıb. Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib.
Ceyhun Bayramov bildirib ki, peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Son bir neçə ildə Azərbaycanda peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edildiyini xatırladan təhsil naziri sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edildiyini vurğulayıb.
Forumda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxış ediblər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl