• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Uşaqlar üçün açıq havada məşğələ, ekskursiya və ustad dərsləri davam edir

Təhsil Nazirliyinin dəstəyi, NARGIS Nəşriyyat Evi və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 5-14 yaş arası uşaqlar üçün “Make the Earth Smile” (“Yer kürəsində təbəssüm yaradın”) adlı açıq dərslər, interaktiv görüşlər, açıq havada məşğələ, ekskursiyalar və ustad dərsləri proqramının təşkilinə başlanılıb.

 

Proqram çərçivəsində uşaqlara tullantıların düzgün atılması, təkrar emal edilə bilməyən materialların zərərləri və tullantılardan sənət əsərləri yaratmaq barədə məlumat verilir. Proqram 23 iyul - 27 avqust tarixlərində  cümə günləri saat 17.00-19.00-da NARGIS jurnalının Dənizkənarı Milli Parkdakı sərgisində keçirilir.

 

Tədbirin proqramına mütəxəssislərlə görüşlər, israf problemi barədə uşaq qrupları ilə müzakirə, komanda debatları, həmçinin, açıq havada komanda interaktiv oyunları, NARGIS jurnalının sərgisinə ziyarət, heykəltəraş və rəssamların əsərlərinin müzakirəsi, "Əşyaların ikinci həyatı" oyun-ev tapşırığı və “Yaradıcı Mən" dizaynerlə master-klass daxildir.

 

Sərgidə təqdim olunan 15 instalyasiya arasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alır. 

 

Məktəblilərin bu cür sərgilərdə iştirakı onlarda təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
 


3 il əvvəl