• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor olmaq istəyənlər üçün adaptasiya proqramı davam edir

İyulun 23-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramına start verilib.    Proqram çərçivəsində “İdarəetmədə komanda fəaliyyətinin rolu”, “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilir.   Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.   Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 30 nəfəri müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.  

İşə qəbul imtahanları davam edir

İyulun 29-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.  Bu gün ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirilir. Bugünkü imtahanlara 3290 namizəd dəvət olunub. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

500-ə yaxın şəxs işlə təmin olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.  Yanvarın 28-dən iyulun 8-dək şəhid, qazi və müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 480 şəxs işlə təmin olunub. İyulun 8-dən etibarən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu”na qoşulub. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya mütəmadi olaraq daxil edilməkdədir.  İyulun 8-dən 27-dək nazirlik tərəfindən 230 vakansiya müvafiq elektron platformaya daxil edilib və 21 nəfər işlə təmin olunub. Həmin vakansiyalar Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin məşğulluğunun təmin olunması üçün nəzərdə tutulub.

Təhsil tələbə krediti - Qaydalar

Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər: Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 3-cü dərəcə əlilliyi olanlar; Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar: 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar; İşsiz kimi qeydiyyatda olanlar; Yaşa görə əmək pensiyası alanlar; Yaşa görə sosial müavinət alanlar. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər: Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar; Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. Təhsil krediti hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir. TTK üçün girov və zaminlik tələb olunmur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək. Təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.  TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır: yuxarı təhsil səviyyəsində əyani təhsil; həqiqi hərbi xidmət; məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması); işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

Azərbaycan təmsilçiləri beynəlxalq bacarıq yarışında mübarizəyə başlayır

Ölkə təmsilçiləri Worldskills Asia-2021 bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə mübarizəyə başlayırlar. Təmsilçimiz Kamil Səlimli veb proqramlaşdırma, Hüseyn Qəmbərov isə kiber təhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil etmək hüququ əldə edib. Beynəlxalq yarış 5 iyul-15 avqust tarixlərində WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə onlayn formatda təşkil edilməkdədir. 26 müxtəlif ölkə təmsilçisinin mübarizə aparacağı bacarıq yarışlarında Azərbaycan ilk dəfədir ki iştirak edir.  Sözügedən yarış gələcəkdə təşkil olunacaq digər bacarıq olimpiadalarında iştirak üçün əhəmiyyətli təcrübə hesab edilir. Worldskills Asia 2021 həmçinin namizədlərin bu tipli yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından da mühüm rol oynayır. Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Təhsil tələbə kreditlərinin verilməsi qaydası

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.    Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsilinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Bu qrupa birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); 3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər daxildir.    Təhsil krediti göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.    Hər iki növ üzrə kreditin verilməsinə dair tələblər mövcuddur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək. Tələbələrdən girov və zaminlik tələb olunmur, təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Qaydada təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədi ilə güzəştlər sistemi də nəzərdə tutulub. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.    Qaydalarla bağlı ətraflı linkə daxil olaraq tanış ola bilərsiniz: https://nk.gov.az/az/document/5487/  

Test imtahanı mərhələsi davam edir

İyulun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.    Bu gün ingilis dili və musiqi fənləri üzrə imtahanlar keçirilir. İmtahanlara 3303 namizəd dəvət olunub.    Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 27 iyul

Yüksək nəticə göstərən idmançılarla görüş keçirilib

İyulun 27-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.    Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayan Firudin Qurbanov idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini bildirib.   Daha sonra çıxış edən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Avropa Kubokunun qalibi Turan Bayramov görüşün təşkilinə görə təşəkkür edib. Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.   Sonda xatirə fotosu çəkdirilib.   Təltif olunanlar (fotolar)

ARTİ və ADPU "SABAH magistratura" proqramını birgə təşkil edəcəklər

Təhsil İnstitutu (ARTİ) “SABAH magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.   Ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən “SABAH magistratura” layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb. Bununla yanaşı, layihənin keçirilməsində əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.   “SABAH magistratura” proqramı çərçivəsində ARTİ tərəfindən xaricdə təhsil almış elmi dərəcəli azərbaycanlı mütəxəssislərin iştirakı ilə məzmunun hazırlanması, yerli tədris işçiləri ilə yanaşı, beynəlxalq təcrübəyə malik professor və müəllim heyətinin seçilməsi, onlar üçün təlimlərin keçirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin, tələbələr üçün karyera xidmətinin, “Tədqiqat menecerləri” proqramının təşkili və maddi-texniki bazanın qurulması və təkmilləşdirilməsi nəzərdə tutulub.   Layihə komandasına müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı