• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblər arasında respublika çempionatının final mərhələsi

Fevralın 27-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, basketbol idman növü üzrə yarışların final mərhələsinə start verilib. İki gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparacaq. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertin səfəri

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Layihənin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ölkəmizə gələn ekspert missiyasına Latviyanın Riga Stradiņš Universitetinin Tədris məsələləri üzrə prorektoru Tatyana Koke daxildir. Missiyanın məqsədi prioritet  ixtisaslar üzrə ali təhsil proqramlarının ötən missiyalar zamanı hazırlanmış yeni formatının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və pilot ali təhsil müəssisələrində səriştə əsaslı, tələbə yönümlü təhsil proqramlarının işlənməsi sahəsində potensialın artırılmasıdır. Missiya çərçivəsində sözügedən təhsil proqramlarının yeni formatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb.  Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə seminarlar keçirilib. Ekspert tərəfindən Latviya ali təhsil məkanının Bolonya prosesinə qoşulması təcrübəsi, həmçinin təhsil proqramlarının səriştə əsaslı və tələbə yönümlü təlim nəticələrinin formalaşdırılması ilə bağlı təqdimatlar edilib. Hər iki təqdimat seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tələbələrin köçürülməsinin nəticələri məlum olub

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Transfer.edu.az portalı vasitəsi ilə  ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib. Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

Fevralın 27-də Avropa Təlim Fondu (ATF) tərəfindən həyata keçirilən “Turin prosesi 2018-2020”nin açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa Təlim Fondunun və digər müvafiq qurumların əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, işəgötürənlər, eləcə də ekspertlər iştirak ediblər. Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, insan kapitalının formalaşması təhsil sisteminin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Nazir müavini peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, eləcə də iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu qeyd edib, bu sahədə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib. İdris İsayev “Turin prosesi”nin vacibliyini vurğulayaraq, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Nazir müavini bildirib ki, ATF tərəfindən “Turin prosesi”nin yeni mərhələsinə başlanılıb. Prosesin əsas məqsədi peşə təhsili və təlimi sahəsində 2018-2020-ci illərdə əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini aparmaq, uğur və çatışmazlıqları müəyyənləşdirməkdir. Daha sonra ATF-in Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovska “Turin prosesi”nin yeni mərhələsi haqqında məlumat verərək peşə təhsili sahəsində aparılan islahatlarda bütün maraqlı tərəflərin iştirakının əhəmiyyətindən danışıb. Tədbir sessiyalar və “Turin prosesi”nin İşçi Qrupunun iclası ilə davam edib, yeni hesabatın hazırlanması üçün məsləhətləşmələr aparılıb.

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniya Milli Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramına bakalavriat və magistratura səviyyələri üzrə 35, doktorantura səviyyəsi üzrə 45 yaşadək şəxslər müraciət edə bilərlər. Proqramın tədris dili rumın dilidir. Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar cari ilin aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində veriləcəyi gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Nazir müavini cəbhə bölgəsində

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın cəbhə bölgəsində yerləşən rayonlara səfəri davam edir.  Səfər zamanı nazir müavini Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinə, Füzuli rayonunun Qazaxlar kənd tam orta məktəbinə, M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyaya baş çəkib, həmin məktəblərin pedaqoji kollektivi ilə görüşüb. Müəllimlərə metodik tövsiyələr verən Məhəbbət Vəliyeva adıçəkilən məktəblərdə dərs prosesinin gedişini izləyib. Səfər zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhətçisi, əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu “Xocalı dərsi” adlı qısametrajlı filmlərin diskləri məktəblərə təqdim edilib.   Nazir müavini səfər çərçivəsində Lələtəpə yüksəkliyində xidmət keçən hərbi qulluqçularla, daha sonra Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Nazir müavininə edilən müraciətlər qeydə alınıb, nəticəsi ilə bağlı vətəndaşlara məlumat veriləcəyi bildirilib. Daha sonra Məhəbbət Vəliyeva Füzuli rayonunda yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirib. Görüş zamanı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, qarşıda duran prioritetlər və məqsədlər barədə məktəb direktorlarına tövsiyələr verilib.

Xocalı müəllimlərinin qandonduran sözləri: “Xəbər gəldi ki, anam girov götürülüb”

II sinif şagirdi Fatimə Babazadə:“Xocalıyla bağlı filmə baxanda, bir körpənin şişə taxıldığını görüb, qorxdum” Fatimə Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbin “2A” sinfində təhsil alır. O, əslən, Xocalı rayonundandır. Sinfə daxil olan kimi Fatimənin bildiklərini səbirsizliklə bizimlə bölüşmək üçün tələsməyi diqqətimizi çəkir. Elə bu məktəbə yollanmağımızın əsas səbəblərindən biri Xocalı faciəsini məktəblilərin təxəyyülü, müəllimlərin isə qan yaddaşı vasitəsilə oxuculara təqdim etmək idi. Fatimənin təbii hisslərindən doğan, birnəfəsə və həyəcanla söylədiyi fikirləri düzəliş etmədən sizlərə təqdim edirik: “Mənim nənəm və babam Xocalıdandır. Babam Xocalıda döyüşüb və bacısıyla bir yerdə girov götürülüb. O, polis idi və Xocalını qoruyurdu. Həmişə deyirdi ki, ermənilər insanları döyür, əsir götürür. Müəllimimiz də bizə ermənilərin insanları müxtəlif alətlərlə döydüyünü, bıçaqladığını danışıb. Xocalıyla bağlı filmə baxanda 40-ı çıxmamış körpəni şişə taxdıqlarını görüb qorxdum”.   XATIRLATMA:Xocalı şəhər 2 saylı tam orta məktəb faciə yaşanmamışdan öncə Xocalı ərazisində 8 illik orta təhsil müəssisəsi  kimi fəaliyyət göstərib. Məktəbdə hazırda dərs keçən və təhsil alanların əksəriyyəti, məhz Xocalı rayonundandır.   “2A” sinfinin ibtidai sinif müəllimi Sevda Məmmədova: “13 gün meşədə ölümlə mübarizə aparan  babamın cəsədini tapanda onun  əllərindən gələn ocaq qoxusunu bu gün də xatırlayıram”   Sevda Məmmədovanın MONOLOQU - I hissə   “Ermənilər hadisələr baş verən zaman kəndləri,evləri yandırdılar. Məcbur olub meşəyə tərəf qaçıb, birtəhər  Qarqar çayına çatdıq. Əsgərlərimiz isə kənddə qalıb, ermənilərlə döyüşürdülər. Tankların, ağır zirehli texnikanın qarşısında silahsız durmağın çətinliyini izah etməyimə yəqin ki, ehtiyac yoxdur.   HAŞİYƏ:Qarqar çay mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək,  Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən  əmələ gəlir.   İkinci monoloq   “Fevral ayıdır və sərt qış hökm sürür. Suyun buz bağladığının fərqində olsaq da, çayın digər tərəfinə keçməkdən başqa çarəmiz qalmamışdı. Yaralı, cavan, qoca, xəstə, uşaq, hər birimiz bərbad vəziyyətdə buz kimi suyun içindən keçərək, meşəyə tərəf addımladıq. Hər tərəf qarla örtülmüşdü. Ermənilər tək çıxış yolumuzun Ağdam istiqamətinə getmək olduğunu çox gözəl bilirdi. Səhərə qədər meşənin içiylə yol gəldik. Usanmadan bir-birimizə, yaralılara, yıxılanlara, ağrısı olanlara, xəstələrə kömək edə-edə, qorxu altında irəliləyirdik” .   26 fevral,  saat 06:00...  Müəllimin üçüncü monoloqu   “Ermənilər meşənin içi ilə səhərə qədər gəldiyimiz yolun yekununda bizi “qarşıladılar”. Hər kəs ayaqyalın, başıaçıq və silahsız idi. Körpələrin səsi, insanların qışqırığı 27 ildir, qulaqlarımdan getmir. Ən çox insan da, məhz burada öldürüldü. Faciə zamanı canlarını bizə görə fəda edən oğullarımızın qəhrəmanlıqlarının şahidi oldum. Məktəbin direktoru Fiqurə xanımın qardaşı, milli qəhrəman Füzuli Rüstəmov bizi ölümdən xilas etdi. Xocalıda vuruşanların hamısı qəhrəmandır. Xülasə: Fiqurə Rüstəmova 2 saylı tam orta məktəbin direktoru və Xocalı hadisələrinin canlı şahididir. Onun qardaşı, Milli qəhrəman Füzuli Rüstəmov 1965-ci ildə Xocalıda anadan olub. On bir yaşı olanda atasını,on beş yaşı olanda isə anasını itirib. 1992-ci il fevralın 25-də 26-na keçən gecə ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşub.   Kiçik haşiyə çıxaraq, həmin günləri Fiqurə Rüstəmovanın dilindən çatdırırıq:   “Ermənilər tank və“BTR”-lərlə hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz iki çay keçməli idik. Güllələr yağırdı. Yanımızdakı adamı öldürəndə, qan üstümüzə fışqırırdı. Qardaşım məni və başqa sakinləri Şelli camaatına təhvil verib, geri qayıdırdı. Ağdamlılar bizə ayaqqabı və paltar verdilər. Qardaşım da bütöv Azərbaycan – vətən uğrunda qeyri – bərabər döyüşdə şəhid oldu. Onu Tərtər rayonunun Həsənli kəndində dəfn etdilər” .   Xocalıda qalan gənclik və gəlməyən Novruz bayramı   Sevda müəllimənin dəhşət haqqında monoloqunun sonu...   “Babamla nənəm 13 gün meşədə ayaqyalın qalıblar. Biz onları tapanda artıq şəhid olmuşdular. Babamın əllərindən gələn ocaq qoxusunu bu gün də xatırlayıram. (ağlayır) Əsir götürülənlərin səsləri qulaqlarımızdan getmir. Biz meşədən çıxanda Canpolad Rzayevin dəstəsi köməyə gəldi. Meşədən çıxan zaman gördüyüm mənzərəni heç kəsə arzulamıram. Bəyaz qarın üzərində cansız meyitlər, yaralananlar, qışqıranlar və başqaları uzanmışdı. İnsanlara hətta vintaçanlarla da xətər yetirib bədənlərini deşmişdilər. Ağdama çatanda ilk dəfə “qaçqın” sözünü və qaçqın olduğumu eşitdim.... Biz Xocalıda gəncliyimizi qoyduq. Hadisələr baş verən zaman 20 yaşında idim və Novruz bayramının gəlişini gözləyirdim. Axı haradan bilərdik ki, Novruzumuz belə qara gələcək...”   26 fevralda doğulub, 26 fevralda da vəfat edən milli qəhrəman Canpolad Rzayev   QAN YADDAŞI:Canpolad Rzayev 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbərlərə dözə bilmir və tankına oturaraq Qaraqaya kəndinə üz tutur. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaradıb. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak olub. Sevda müəllimənin sanki “dəhşət” və “faciə” sözlərinin izahı rolunu oynayan “monoloq”undan sonra məktəbi gəzib, başqa siniflərə baş çəkmək istəyirik. Başqa sinifdəyik... Burada Həsən müəllim İngilis dili dərsi keçir. 6 yaşlı uşağın yaşaya biləcəyi  bütün dəhşətləri yaşayan xocalılı Həsən müəllim... O, dəhşətli günləri kino lenti kimi geri çevirir... Kadrlar  6 yaşlı Həsənin üzərində dayanır: “6 yaşında uşağın yaşaya biləcəyi bütün dəhşətli hadisələri yaşamışam və buna görə də gözümün gördüyü heç nədən qorxmuram”   31 hərfli  Əlifba   “Hadisələr baş verəndə 6 yaşında idim. Xocalıda hazırlıq qruplarında təhsil alırdım. İndiki kimi yadımdadır, son keçdiyimiz hərf “Y”samiti olmuşdu. Güllə səslərinin altında dərslərə gedib-gəlməyə davam edirdik. Bir müddət sonra vəziyyət o qədər ağırlaşdı ki, məktəbə getməyimiz mümkün olmadı”.   Acı təsadüf, yoxsa qismət?!   Müəllim dərindən nəfəs alaraq, nitqinə davam edir:   “Atam o zaman  Xocalıda yanacaq doldurma məntəqəsində müdir vəzifəsində çalışırdı. Bir gün evə gəlib dedi ki, Ağdamdan yanacaq gətirməliyəm. Məni də yanında aparmaqla, sanki mənə həyat bəxş etdi. Həmin olaylarda Ağdamda idim. Həmyaşıdlarımın çəkdiyi ağrılı, acılı əziyyətlərin tam şahidi olmasam da, 6 yaşında uşaq olaraq gözlərimin yollarda qaldığını, anamın, qardaşlarımın nə zaman gələcəyini və ya ümumiyyətlə, gəlib çıxa bilməyəcəklərini düşünməyə başlamışdım. Düzü, bu məsələləri məndən gizlədirdilər. Amma qohumlarım evdə söhbət  edəndə eşidirdim”.   “Bir gün xəbər gəldi ki, anan girov götürülüb”   Həsən müəllim, yaddaşındakı “filmi” birnəfəsə danışmaqda  çətinlik çəkir. Ağrılı “lentlər” bir-birinə dolaşır... Amma yenə də bir qədər fasilədən sonra yenidən sözə başlayır: “Bir gün babamın rəhmətə getdiyini, həmin günün sabahı isə anamın əsir düşdüyünü eşitdim. Azyaşlı uşağın belə şeylər eşitməsinin onun psixoloji durumunu hansı vəziyyətə saldığını, yəqin ki, təsəvvür edirsiniz. Şagirdlərim bəzən sual verir ki, müəllim, həyatda qorxduğunuz bir şey varmı? Onlara gözümün gördüyü heç nədən qorxmadığımı söyləyirəm. 6 yaşlı uşağın yaşaya biləcəyi hər şeyi yaşamışam. Hadisələr zamanı babam rəhmətə getmişdi və cənazəsi meşədə qalmışdı. Xəbər gəldi ki, bir neçə cənazə Ağdam məscidinə gətirilib. Onların içərisində babamın olub-olmadığını öyrənmək üçün cəsədləri görməyə getmişdik. Cənazələrin içərisində elə meyitlər var idi ki, təsəvvür belə edə bilməzsiniz. Erməni vandalları, hətta cəsədin başına yüz oyun açmışdılar. Bunları görərək, böyümüş uşağam. 27 il ötməsinə baxmayaraq, bizim üçün hər gün matəmdir. Hər gün bunun acısı, intiqamı ilə yaşayırıq”. Həsən Ələkbərov VIII sinif şagirdlərinə dərs keçir. O, şagirdlərinin dərslərə marağını yüksək qiymətləndirir. Hətta onlar arasında dünya miqyasında nailiyyətlər əldə edə biləcək şagirdlərin olduğundan söz açır. İmkan yaradıldığı təqdirdə ölkəmizi layiqincə təmsil edəcəklərinə inanır. Müəlliminin ən çox təriflədiyi şagirdlərdən biri olan Elmiranın gələcək hədəfləri də onun həyata inamı qədər böyükdür.   Elmira ilə qısa DİOLOQ:   -Elmira gələcəkdə kim olmaq istəyirsən?   -Ölkəm üçün əlimdən gələni etməkdən ötrü yüksək vəzifə tutmaq istəyirəm.   -Məsələn, hansı yüksək vəzifəni tutmaq istəyirsən?   -Millət vəkili və ya nazir olmaq fikrindəyəm... II sinif şagirdi Fatimənin qan yaddaşının və Elmiranın gələcəyə böyük inamının kəsişdiyi Xocalı şəhər 2 saylı məktəbin bütün şagirdləri 27 ildir, işğal altında olan Xocalı həqiqətlərini eşidərək böyüyür. İnanırıq ki, uzun illərdir, Xocalısız qalan insanlarımızın, xüsusilə buranı sadəcə, şəkillərdə görən Elmiranın arzusu bir gün elə Xocalı torpaqlarında reallaşacaq.   www.azedu.az  

Xocalı dərsi

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub. Təhsil Nazirliyinin “Xocalı soyqırımının 27-ci ildönümününün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslər zamanı XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat verilib, Vətənə məhəbbət, düşmənə nifrət hissləri təbliğ olunub. Tədbirlər Planına uyğun olaraq, fevral ayı ərzində ölkədə fəaliyyət göstərən ali, orta ixtisas, peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə dair sənədli və bədii filmlərin nümayişi təşkil olunub.

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları  Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşündə iştirak edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə qərənfillər düzülüb,  faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı