• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer”, “Viran edilən Xocalı yenidən dirçələcək” və s. şüarlar nümayiş etdirilirdi. Ümumxalq yürüşü iştirakçılarının hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 27 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silə bilməyib. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.   x x x   Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoydular. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.   x x x   Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət etdilər. Heyətə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Rodnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir. Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verdi.   x x x   Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında – indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. SSRİ-nin süqutundan dərhal sonra isə yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır. Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu 2016-cı il aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti təxribatlara əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur oldu. Genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının bir hissəsini işğalçılardan təmizlədi. Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə əzminin yenilməzliyini təsdiq edən 2016-cı ilin Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.   x x x   Bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.   AZƏRTAC

XX əsrin dəhşətli faciəsi

ADU-nun tələbələri Cocuq Mərcanlı kəndinin məktəblilərində ingilis dilinə maraq yaradıblar

Fevralın 25-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Dillər Universitetinin (ADU) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində pedaqoji təcrübədə olan tələbələri və əməkdaşları ilə görüşüb. Görüşdə pedaqoji təcrübə rəhbəri Anar Rəhimov tələbələrin bölgələrdə, xüsusən qaçqın məktəblərində pedaqoji təcrübə keçməsi ideyasının universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə reallaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, artıq ikinci ildir tələbələr bir ay müddətində həmin bölgədə qalır, müəllim kimi ilk addımlarını atır, eyni zamanda, sosial və təhsilyönümlü layihələr həyata keçirirlər. Anar Rəhimov ADU-nun tələbələrinin müvəffəqiyyətli dərsləri və qısa zamanda məktəbdə yaranan canlanmadan da danışıb. Bildirib ki, tələbələr məktəbdə ingilis dilinə marağı əhəmiyyətli dərəcədə artırıblar. Məhəbbət Vəliyeva akademik Kamal Abdullanın bu addımının alqışa layiq olduğunu deyib və əlavə edib ki, layihə təhsil sahəsində önəmli yenilikdir. Təcrübəçi tələbələrin yerləşmə, məişət şəraiti ilə maraqlanan nazir müavini nazirlik tərəfindən bu layihəyə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib. O, təcrübəçi tələbələrə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.   AZƏRTAC  

Pedaqoji mühazirələr keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində pedaqoji mühazirələrin keçirilməsi haqqında əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir. Əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçiriləcək. Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.

Çinin ölkəmizdəki səfiri ilə görüş

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi, humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Çinə səfərinin və səfər zamanı imzalanmış sənədlərin ölkələrarası əlaqələrin daha da genişlənməsindəki rolundan danışıb. Bakı Dövlət Universiteti haqqında məlumat verən Firudin Qurbanov bu təhsil ocağının dünyanın aparıcı universitetləri, o cümlədən Çinin tanınmış ali təhsil müəssisələri ilə əlaqələrindən söz açıb. 2004-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsində fəaliyyətə başlayan Çinşünaslıq ixtisası məzunlarının əksəriyyətinin Çinin müxtəlif universitetlərində təcrübə keçdiyini, onların öz təhsillərini magistratura və doktoranturada davam etdirdiklərini diqqətə çatdırıb. Firudin Qurbanov BDU-nun nəzdində yaradılan Konfutsi İnstitutunun uğurlu fəaliyyət göstərdiyini, institut əməkdaşlarının Şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris etməklə yüksək xtisaslı kadrların hazırlanmasındakı fəal rolunu vurğulayıb, həmçinin səfirliyin dəstəyi ilə müxtəlif tədbirlərin, ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Görüşdə  ikili diplom proqramı, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyi qeyd olunub. Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua ali təhsil müəssisələrinin ikitərəfli əlaqələrindən razılığını ifadə edib. Səfir BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun, Çin dili və ədəbiyyatının tədrisinin uğurlu nəticələrini qeyd edib. Həmçinin universitetlərarası müəllim-tələbə mübadiləsini, ikili diplom proqramını və mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab edərək gələcək əməkdaşlığa dəstək olacaqlarını bildirib.

“Peşəkar ol” proqramının yekun tədbiri

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda pedaqoji ali məktəblərdə təhsil alan tələbələr üçün "Peşəkar ol" proqramına yekun vurulub. Proqramın budəfəki iştirakçıları Azərbaycan Dillər Universitetinin 36 tələbəsi olub. Gələcəyin müəllimlərinə peşəkar dəstək məqsədi daşıyan layihə 16 saatlıq proqram əsasında həyata keçirilib. Tələbələr "Müasir təhsilin fəlsəfəsi", “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Psixo-pedaqoji yanaşma”, “Öyrətmənin və öyrənmənin xüsusiyyətləri”, “Sinfin idarəedilməsi”, “Tədrisin standartlar əsasında təşkili”, “Məktəbdaxili qiymətləndirmə”, eləcə də digər  mövzularda seminar və ustad dərslərdə iştirak ediblər. Yekun tədbirdə iştirakçılar müvafiq tapşırıqları yerinə yetirdikdən sonra onlara sertifikat və müxtəlif simvolik hədiyyələr təqdim edilib. 2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşəbbüsü ilə başlayan bu layihədən indiyədək 70-dən artıq tələbə faydalanıb.

ADA Məktəbinin təqdimatı olub

Fevralın 22-də ADA Məktəbinin təqdimatı olub. Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbin tədris prosesi və fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və ləyaqətli vətəndaş yetişdirən ADA Universiteti üçün keyfiyyətli təhsil əsas meyardır. Ali təhsil müəssisəsi kimi 2006-cı ildən təlim proqramları ilə fəaliyyətə başlayan universitetdə 2009- cu ildən magistratura, 2011-ci ildən isə bakalavr proqramlarının həyata keçirilməsinə başlanılıb. Məqsədimiz bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl proqramları Azərbaycana gətirməkdir.   Bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və yeni təhsil mühitinə çətin adaptasiya olduqları nəzərə alınaraq ADA Məktəbi təsis edildi   H.Paşayev deyib ki, ali məktəbə bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və onların yeni təhsil mühitinə çətin adaptasiya olduqlarını nəzərə alaraq ADA Məktəbinin təsis olunmasını məqsədəuyğun hesab etdik. Bu məktəbin fəaliyyətə başlaması ADA Universitetinin gələcəyi üçün də uğurlu və faydalı olacaq. Rektor bildirib ki, məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına və ADA Universitetinin təcrübəsinə əsaslanaraq bilik, səriştə və dəyərlərin formalaşmasını təmin edir. Tədris proqramı şagirdlərin akademik baxımdan universitet illərinə daha hazırlıqlı olmaları ilə yanaşı, XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına xüsusi yer ayırır. Məqsədimiz, həmçinin Azərbaycanda və xaricdə istənilən nüfuzlu ali məktəbə qəbul ola bilən savadlı, bacarıqlı gənclər yetişdirməkdir. Qeyd edilib ki, məktəbin binası yüksək standartlara cavab verən infrastruktura malikdir. H.Paşayev universitetlərə hazırlıq və qəbul sahəsində kollec və peşə təhsili müəssisələrində təhsilin mühüm rol oynadığını söyləyib. Bildirib ki, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinə böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq gələcəkdə texniki və fundamental elm sahələrində mühəndislik ixtisası üzrə kolleclərin yaradılması da nəzərdə tutulur. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan, həyata keçirilən dövlət proqramları və müxtəlif layihələrdən söz açıb. Bildirib ki, təhsil cəmiyyətin əsas aparıcı və təkanverici qüvvəsidir. Bu gün ölkəmizdə 4443 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Son on beş ildə respublikada 3300-dən çox məktəb müasirləşib, onların infrastrukturu standartlara uyğun qurulub, yeniləri tikilib, bəziləri isə əsaslı təmir edilib. Qeyd olunan istiqamətlər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb və bütün bunlar təhsilin keyfiyyətini təmin etmək məqsədilə həyata keçirilir.   ADA Məktəbində tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq   M.Vəliyeva bildirib ki, ADA Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən və güclü infrastruktura malik olan universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. Bu ənənənin davamı olaraq ADA Məktəbində də tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq. Nazir müavini ölkənin təhsil mühitində ADA Məktəbinin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirib.                 ADA Məktəbinin təhsil modeli   Sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal ADA Məktəbinin yaranma səbəbləri, qəbul qaydaları və fəaliyyət konsepsiyası haqqında təqdimatla çıxış edib. Bildirib ki, məqsədimiz keyfiyyətli təhsil əsasında cəmiyyət üçün savadlı və ləyaqətli vətəndaşlar yetişdirməkdir. Qarşıya qoyulan məqsədlər sırasında daxili və xarici tələblərə uyğun inkişafa nail olmaqdır. Bunun üçün fəaliyyətimiz daxili və xarici əmək bazarına uyğun kadrların hazırlanmasına yönəlib. ADA Məktəbinin təhsil modeli yeniliklərdən ibarətdir. Belə ki, bu məktəbin məzunları ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunacaqlar.   ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir   Diqqətə çatdırılıb ki, ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir. Qəbul yerli və xarici vətəndaşlar üçün açıqdır. 2019-2020-ci akademik il üçün X sinfə qəbul olunanlar həm Azərbaycan, həm də ingilis dilində oxuya biləcəklər. XI sinfə qəbul olunanlar isə yalnız ingilis dilində təhsil alacaqlar. Sonda iştirakçıların sualları cavablandırılıb.   AZƏRTAC

Autizm sindromundan əziyyət çəkən uşaqlara hansı dəstək göstərilir?

Təhsil TV-nin “Təməl” verilişinin budəfəki buraxılışında autizmli uşaqlar, onların cəmiyyətə inteqrasiyası barədə danışılır. Verilişin qonaqları “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova  və Psixoloji Məsləhət Akademiyasının psixoloq-psixoterapevti Maarif Məmmədovdur.  

Estoniyaya təhsil səfəri

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Estoniyanın Tallin şəhərinə təhsil səfəri təşkil edilib. Səfər “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi və “Junior Achievement Estoniya”nın təşkilatçılığı ilə həyata keçirilib. 5 günlük səfərin əsas məqsədi sahibkarlığın və maliyyə savadlılığının tədrisi sahəsində Estoniya təcrübəsini öyrənmək olub. Səfərdə layihənin işçi qrupunun üzvləri - Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin baş məsləhətçisi Orxan Abbasov, “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova, layihə meneceri Aytən Paşayeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə meneceri Sevinc Rüstəmova, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşı İradə Məmmədova və “Azercell Telekom”un əməkdaşı Fidan Tofidi iştirak ediblər. Səfər iştirakçıları sahibkarlığın gənclər arasında təşviqi və tədrisi üzrə təcrübə qazanıblar. Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti məktəblilərin təmsil olunduğu şirkətlərin sərgisində iştirak ediblər. Növbəti günlərdə dövlət, biznes qurumları, inkubasiya mərkəzləri və yerli məktəblərdə müəllim və tələbələrlə görüşlər keçirilib. Səfər çərçivəsində “Junior Achievement Estoniya” tərəfindən sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə milli siyasət və srategiya ilə yaxından tanış olmaq üçün Təhsil, Maliyyə və İqtisadiyyat nazirliklərinin rəsmiləri ilə də görüş təşkil edilib. “Junior Achievement Estoniya” orta məktəblərdə sahibkarlığın, maliyyə savadlılığının tədrisində iştirak edən və dövlət tərəfindən dəstəklənən aparıcı təşkilatlardan biridir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti təşkilatın təlim proqramları, sahibkarlığın, maliyyə savadlılığının tədrisində vətəndaş cəmiyyətinin iştirakı və rolu haqqında ətraflı məlumat əldə edib.

Təhsil naziri və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə

Fevralın 22-də təhsil naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə birlikdə Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə olub.   Qonaqlar ingilis dilinin tədrisi prosesini izləyib, Britaniya Şurası və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə məktəbdə yaradılan İngilis dili mərkəzinin fəaliyyəti ilə tanış olublar.   Görüşdə eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. 2016-ci ildən icrasına başlanılan İngilis Dili mərkəzləri layihəsinin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarının və xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Hazırda layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Lənkəranda ümumilikdə 13 belə mərkəz fəaliyyət göstərir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı