• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələrin köçürülməsinin nəticələri məlum olub

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Transfer.edu.az portalı vasitəsi ilə  ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.


7 il əvvəl