SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini cəbhə bölgəsində
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın cəbhə bölgəsində yerləşən rayonlara səfəri davam edir.
Səfər zamanı nazir müavini Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinə, Füzuli rayonunun Qazaxlar kənd tam orta məktəbinə, M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyaya baş çəkib, həmin məktəblərin pedaqoji kollektivi ilə görüşüb. Müəllimlərə metodik tövsiyələr verən Məhəbbət Vəliyeva adıçəkilən məktəblərdə dərs prosesinin gedişini izləyib.
Səfər zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhətçisi, əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu “Xocalı dərsi” adlı qısametrajlı filmlərin diskləri məktəblərə təqdim edilib.
Nazir müavini səfər çərçivəsində Lələtəpə yüksəkliyində xidmət keçən hərbi qulluqçularla, daha sonra Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Nazir müavininə edilən müraciətlər qeydə alınıb, nəticəsi ilə bağlı vətəndaşlara məlumat veriləcəyi bildirilib.
Daha sonra Məhəbbət Vəliyeva Füzuli rayonunda yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirib. Görüş zamanı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, qarşıda duran prioritetlər və məqsədlər barədə məktəb direktorlarına tövsiyələr verilib.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl