• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağstafa və Şəmkirdə vətəndaşlar qəbul ediləcək

Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 24 may 2019-cu il tarixində saat 10:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil nazirinin müavini Firudin Qurbanov 24 may 2019-cu il tarixində saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 14-20 may (saat 14:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

"Uşaqlarınızı tənqid etməyin, təqdir edin!"

Təhsil İnstitutunun UNİCEF-in maliyyə dəstəyi ilə hazırladığı növbəti sosial videoçarx təqdim edilir.  

Futzal üzrə respublika birinciliyinin bağlanış mərasimi

Mayın 13-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin bağlanış mərasimi keçirilib. Bakı İdman Sarayında baş tutmuş final qarşılaşmasında III yer uğrunda  Azərbaycan Tibb Universitetinin komandası Gəncə Dövlət Aqrar Universiteti komandasına qalib gəlib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub. Yarışda respublikanın bölgələrində fəaliyyət göstərən təhsil müəssisələri də daxil olmaqla ümumilikdə 32 komanda, 600-ə yaxın tələbə iştirak edib. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qalib komandalar mükafatlarla təltif olunublar. Mükafatları Azərbaycan Tələbə-Futbol Assosiasiyasının Prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının üzvü, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, millət vəkili Fazil Mustafa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təqdim edib. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

Təhsil naziri ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 13-də Təhsil naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer ilə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Yol hərəkəti qaydalarına dair bilik yarışı

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib. Yarışın məqsədi məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etməkdən ibarətdir. Yarışda Bakı şəhərinin müxtəlif məktəblərindən seçilmiş 30 şagirddən ibarət 6 komanda iştirak edib. Komandaların çıxışları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və yol təhlükəsizliyi üzrə ekspertlər tərəfindən qiymətləndirilib. Yarışın nəticəsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, Yasamal rayonu 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası isə III yerə layiq görülüb. Qalib komandalar və komanda üzvləri diplom və medallarla təltif olunub. I, II və III yerlərin sahibi olan komandalara diplom və yarışın kuboku, bütün iştirakçılara isə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşəkkürnamə təqdim edilib. Sonda məktəblilər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

"Şahin" hərbi-idman oyununun final yarışı

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.             Final yarışının iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi-fiziki hazırlığının yüksəldilməsində, məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində əhəmiyyətini vurğulayıb. Sonra çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər “Şahin” hərbi-idman oyununun məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rolunu qeyd ediblər. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib. Yarışın nəticələrinə əsasən Binəqədi rayon komandası I yerə, Sumqayıt şəhər komandası II yerə, Naxçıvan şəhər komandası isə III yerə layiq görülüb. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Yarışlar  TəhsilGənclər və İdmanMüdafiəFövqəladə Hallar,  Mədəniyyət nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təşkil edilir.

“BİR” tələbə-könüllülər 100 mindən çox insanı birləşdirdi

“BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiya ümumilikdə 100 mindən çox insanı əhatə edib. Aksiya çərçivəsində  sosial şəbəkələrdə Şuşa haqqında maraqlı fakt, şəkil və ya hər hansı bir mətn #birşuşaxatirəsi#shushamemories həştəqləri ilə paylaşılıb. “Bir Könüllü” “Facebook” və “İnstagram” səhifələrində Şuşaya aid maraqlı fakt, foto və videolar ümumilikdə 100.000-dən çox  baxış sayı qazanıb, 800-dən çox paylaşım olub. Aksiya çərçivəsində şuşalılarla görüşlər təşkil olunub və onların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanıb (www.shushamemories.konullu.edu.az). Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən bu aksiya işğalından 27 il ötən Şuşanı tanıtmaq, onun haqqında məlumatları, xatirələri ictimaiyyətə çatdırmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaq məqsədi daşıyıb. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

SABAH teatrı beynəlxalq festivalda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib. Dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər. Tamaşalar böyük maraqla qarşılanıb. Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdəndir. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir. 

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilir

Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər və Nəsimi irsi” proqramı üzrə  təşkil edilən muzey həftəsinin açılış mərasimi olub. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. Açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini deyib.  Təhsil naziri bildirib ki, məktəblilərin muzeylərə ekskursiyalarının təşkili təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmalıdır. Nazir həmin ekskursiyaların şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha geniş və ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb. Məktəblilərin teatrlara cəlb olunmasının da əhəmiyyətindən söz açan Təhsil naziri qeyd edib ki, bu istiqamətdə artıq Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupu müzakirələr aparır. Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev respublikamızda fəaliyyət göstərən muzeylərdən söz açıb,  son illər istər məktəblilərin, istərsə də digər şəxslərin muzeylərə maraq göstərdiyini bildirib. Muzeylərdə məktəbliləri qəbul etmək üçün lazımi şəraitin olduğunu diqqətə çatdıran nazir Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığından, bu əməkdaşlığın ümumi işə müsbət təsir etdiyindın danışıb. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova muzeylər həftəsinin əhəmiyyətindən söz açıb. Sonra “Məktəblilər üçün muzey həftəsi” proqramında fəal iştirakına görə 28 muzeyin direktorlarına Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr verilib. Tədbirin bədii hissəsində məktəblilərin ifasında mahnılar səsləndirilib, şeirlər söylənib. İştirakçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin əl işlərindən ibarət sərgi və muzeydəki eksponatlarla tanış olublar. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilər üçün muzey həftəsi” keçirilir. Bu il keçirilən layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanımaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir. Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edəcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı