SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Futzal üzrə respublika birinciliyinin bağlanış mərasimi
Mayın 13-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin bağlanış mərasimi keçirilib.
Bakı İdman Sarayında baş tutmuş final qarşılaşmasında III yer uğrunda Azərbaycan Tibb Universitetinin komandası Gəncə Dövlət Aqrar Universiteti komandasına qalib gəlib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.
Yarışda respublikanın bölgələrində fəaliyyət göstərən təhsil müəssisələri də daxil olmaqla ümumilikdə 32 komanda, 600-ə yaxın tələbə iştirak edib.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qalib komandalar mükafatlarla təltif olunublar. Mükafatları Azərbaycan Tələbə-Futbol Assosiasiyasının Prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının üzvü, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, millət vəkili Fazil Mustafa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təqdim edib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl