• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri İTV-nin “Pressinq” verilişində

Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişinin qonağı olub. Verilişdə son zamanlar təhsil sahəsində aparılan islahatlar və yeni təşəbbüslərdən söz açılıb. Təhsil naziri verilişdə iştirak edən media nümayəndələrinin ali təhsilə əlçatanlığın artırılması, dərsliklərin məzmununun yenilənməsi, müəllimlərin sertifikatlaşdırılması və digər mövzularla bağlı suallarını cavablandırıb.  

Test imtahanlarının ikinci günü

İyulun 9-da fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Fizika üzrə test imtahanında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib. G.Məstəliyeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə isə Bakı Dövlət Universitetində optoelektronika ixtisası üzrə magistr təhsili alıb. Fransız dili üzrə ən yüksək nəticəni Ayşən Niftəliyeva (53 bal), musiqi üzrə isə Gülnarə Hüseynova (50 bal) əldə edib. Ayşən Niftəliyeva 2015-2019-cu illərdə Azərbaycan Dillər Universitetində fransız dili müəllimliyi, Gülnarə Hüseynova isə 2013-2017-ci illərdə Şuşa Humanitar Kollecində musiqi müəllimliyi ixtisası üzrə təhsil alıb. İyulun 10-da  rus dili və informatika fənləri üzrə test imtahanları keçiriləcək.

Buxarest şəhərinə təlim səfəri

Təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində təlim səfərində olub. Təhsil nazirinin müşaviri Həsən Həsənli və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun da daxil olduğu nümayəndə heyəti Rumıniya Texniki və Peşə Təhsili Mərkəzini ziyarət edib, Rumıniya Təhsil Nazirliyinin Dövlət Katibi Florin Lixandru və Rumıniya Universitet Öncəsi Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin prezidenti Serban İosifescu ilə görüşlər keçirib. Görüşlər zamanı informal və qeyri-formal bacarıqların tanınması prosesi ilə bağlı Rumıniya təcrübəsi öyrənilib və bu sahədə akkreditasiya qurumlarının, sertifikasiya mərkəzlərinin və peşə təhsili müəssisələrinin rolu müzakirə olunub. Təlimin sonuncu günü Azərbaycan nümayəndə heyətinin Tarqovişte İqtisadi Kollecinə  və Qiymətləndirmə Mərkəzinə səfər təşkil edilib. Səfər çərçivəsində informal və qeyri-formal bacarıqların tanınması ilə bağlı qiymətləndirmə prosesinin praktik səviyyədə təşkili  ilə tanışlıq olub. Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və Təhsil Nazirliyinin əsas benefesiar olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

Şagirdlərimiz Avropa birinciliyində 5 medal qazanıb

Polşanın Krakov şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları uğurla iştirak edərək yığma komandanın tərkibində yüksək nəticə əldə ediblər.   Müxtəlif çəki dərəcələrində sərbəst güləş üzrə Abdürrəhman İbrahimov qızıl, İlkin Qurbanov gümüş və Elcan Nadirli bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə isə Təvəkkül Həziyev qızıl, Fərid Xəlilov bürünc medala layiq görülüb. Beləliklə, “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 2 qızıl, 2 bürünc və 1 gümüş olmaqla ümumilikdə 5 medal əldə ediblər.

Təhsil naziri Çin Xalq Respublikası Təhsil nazirinin müavini ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikası Təhsil nazirinin müavini Tian Xueju ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Proqramı məzunları - Tural Qulu

Təhsil Nazirliyinin “Təhsil” televiziyası “Dövlət Proqramı məzunları” adlı layihənin budəfəki təqdimatı Tural Quluya həsr olunub. Tural Qulu İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild şəhərində yerləşən Şeffild Universitetində ictimai səhiyyə ixtisası üzrə magistraturanı bitirib. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışır. Layihənin məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan məzunlarının tanıdılmasıdır.  

Dövlət Proqramı məzunları - Xatirə Hüseynəliyeva

Layihədə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan məzunlardan söz açılacaq. Layihənin ilk təqdimatı Xatirə Hüseynəliyevaya həsr olunub. Xatirə Hüseynəliyeva İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində sənaye dizaynı ixtisası üzrə magistraturanı bitirib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim işləyir.  

Leyla Əliyeva “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi ilə tanış olub

İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi ilə tanış olub. Burada müalicə alan uşaqlarla yaxından maraqlanan Leyla Əliyevaya onlar üçün yaradılan distant təhsil imkanı barədə məlumat verilib. Qeyd edilib ki, sözügedən layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq, internet vasitəsi ilə müxtəlif sahələrdə inkişaf etmək və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bildirilib ki, layihə çərçivəsində Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə çıxış, müvafiq İKT avadanlıqları və dərs vəsaitləri ilə təmin edilib. Leyla Əliyeva uşaqların müalicə dövründə təhsildən yayınmalarının qarşısını almaq və onların virtual mühitdə sosial həyata adaptasiyasını təmin etmək baxımından layihəni müsbət qiymətləndirib. Layihə Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunur.

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır

İyulun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı verib. Bildirilib ki, yeni Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.   Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək. Media nümayəndələrinə məlumat verilib ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Konfransda “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio peşə təhsili müəssisəsində görülən son tamamlanma işləri və tədris prosesini həyata keçirən müəllimlərin hazırlığı barədə məlumatı jurnalistlərin diqqətinə çatdırıb.   Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.   Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elanı  

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

23-29 iyul 2019-cu il tarixlərində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi keçiriləcək.  “Təhsil Avtobusu – Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbi bu bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Yay məktəbi çərçivəsində şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır. “Təhsil avtobusu” yay məktəbi respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018-ci illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbinə Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “PAŞA Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam”, “Şərq-Qərb” ASC əməkdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart creative hub” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi”şirkəti, SABAH qrupları, “Sabah” futbol klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri “İctimai TV”, “ARB TV”, “Təhsil TV”, “1news.az”, “Azərtac”, “Edumap” Təhsil portal, “Fam Tram”-dır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı