• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

23-29 iyul 2019-cu il tarixlərində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi keçiriləcək.

 “Təhsil Avtobusu – Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay məktəbi bu bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Yay məktəbi çərçivəsində şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

“Təhsil avtobusu” yay məktəbi respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018-ci illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbinə Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “PAŞA Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam”, “Şərq-Qərb” ASC əməkdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart creative hub” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi”şirkəti, SABAH qrupları, “Sabah” futbol klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri “İctimai TV”, “ARB TV”, “Təhsil TV”, “1news.az”, “Azərtac”, “Edumap” Təhsil portal, “Fam Tram”-dır.


6 il əvvəl