SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2291 namizəd müsabiqədə iştirak edib
İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində tarix və alman dili müəllimi olmaq istəyən 2291 namizəd iştirak edib. İmtahanda tarix fənni üzrə ən yüksək nəticəni Nərmin Ənvərli (58 bal), alman dili fənni üzrə isə Əjdər Salmanov (53 bal) əldə edib. Nərmin Ənvərli 2017-ci ildə Gəncə Dövlət Universitetinin tarix muəllimliyi ixtisası üzrə bakalavriatura, 2019-cu ildə isə həmin universitetin "Azərbaycanın qədim və orta əsrlər tarixi" ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Əjdər Salmanov 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetində alman dili müəllimliyi ixtisası üzrə təhsil alıb. Müəllimlərin işə qəbulu üzrə test imtahanları iyulun 24-dək davam edəcək. İyulun 9-da isə fizika, musiqi və fransız dili üzrə test imtahanları keçiriləcək.
08/07/2019 21:55
Müəllimlərin işə qəbulu müsabiqəsində ilk yüksək bal
İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə yüksək nəticə göstərilib. Belə ki, namizədlərdən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb. Nərmin Ənvərli 2017-ci ildə Gəncə Dövlət Universitetinin tarix müəllimlyi ixtisası üzrə bakalavriatura, 2019-cu idə isə həmin universitetin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahanlar iyulun 24-dək davam edəcək.
08/07/2019 17:52
Müəllimlərin işə qəbulu üzrə test mərhələsi başladı
İyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək. Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
08/07/2019 09:15
"Mən SABAHın məzunuyam”
İyulun 5-də “Mən SABAHın məzunuyam” mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər. Tədbirdən öncə iştirakçılar “Mən SABAHın məzunuyam” adlı sərgi ilə tanış olublar. Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək SABAH qruplarının bu gün ölkəmizin ali təhsil sistemində xüsusi yer tutduğunu və xüsusiyyətini diqqətə çatdırıb. Nazir bildirib ki, SABAH layihəsi ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ali təhsil sistemində keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi məqsədilə başladılıb. Ceyhun Bayramov qeyd edib ki, hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir və müasir tədris laboratoriyası funksiyasını yerinə yetirir. SABAH tələbələrinin uğurlu fəaliyyətindən söz açan Təhsil naziri 288 SABAH tələbəsinin bu il magistratura pilləsinə qəbul olunduğunu xüsusi qeyd edib. Nazir SABAH məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib. Mərasimdə rəmzi SABAH açarı III kurs tələbələrinə verilib. Sonda SABAH qruplarının himni səsləndirilib. Tədbir bədii hissə ilə davam etdirilib. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2018-2019-cu tədris ilində 701 SABAH məzunu təhsilini başa vurur.
06/07/2019 22:32
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulub. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
06/07/2019 11:47
"Mən SABAHın məzunuyam”
İyulun 5-də “Mən SABAHın məzunuyam” mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər. Tədbirdən öncə iştirakçılar “Mən SABAHın məzunuyam” adlı sərgi ilə tanış olublar. Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək SABAH qruplarının bu gün ölkəmizin ali təhsil sistemində xüsusi yer tutduğunu və xüsusiyyətini diqqətə çatdırıb. Nazir bildirib ki, SABAH layihəsi ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ali təhsil sistemində keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi məqsədilə başladılıb. Ceyhun Bayramov qeyd edib ki, hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir və müasir tədris laboratoriyası funksiyasını yerinə yetirir. SABAH tələbələrinin uğurlu fəaliyyətindən söz açan Təhsil naziri 288 SABAH tələbəsinin bu il magistratura pilləsinə qəbul olunduğunu xüsusi qeyd edib. Nazir SABAH məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib. Mərasimdə rəmzi SABAH açarı III kurs tələbələrinə verilib. Sonda SABAH qruplarının himni səsləndirilib. Tədbir bədii hissə ilə davam etdirilib. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2018-2019-cu tədris ilində 701 SABAH məzunu təhsilini başa vurur.
05/07/2019 23:06
Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib
İyulun 5-də Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının təmiri, təhsilalanların köçürülməsi və yaxud ixtisasının dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər edib. Həmin gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Vətəndaşların qəbulundan öncə nazir müavini Məhəbbət Vəliyeva və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib. Qəbuldan sonra nazir müavini rayonun Alekseyevka və Birinci Nügədi kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. Bildirilib ki, rayonun Alekseyevka kəndində 960, Birinci Nügədi kəndində isə 792 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
05/07/2019 16:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı