SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Buxarest şəhərinə təlim səfəri
Təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində təlim səfərində olub.
Təhsil nazirinin müşaviri Həsən Həsənli və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun da daxil olduğu nümayəndə heyəti Rumıniya Texniki və Peşə Təhsili Mərkəzini ziyarət edib, Rumıniya Təhsil Nazirliyinin Dövlət Katibi Florin Lixandru və Rumıniya Universitet Öncəsi Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin prezidenti Serban İosifescu ilə görüşlər keçirib. Görüşlər zamanı informal və qeyri-formal bacarıqların tanınması prosesi ilə bağlı Rumıniya təcrübəsi öyrənilib və bu sahədə akkreditasiya qurumlarının, sertifikasiya mərkəzlərinin və peşə təhsili müəssisələrinin rolu müzakirə olunub.
Təlimin sonuncu günü Azərbaycan nümayəndə heyətinin Tarqovişte İqtisadi Kollecinə və Qiymətləndirmə Mərkəzinə səfər təşkil edilib. Səfər çərçivəsində informal və qeyri-formal bacarıqların tanınması ilə bağlı qiymətləndirmə prosesinin praktik səviyyədə təşkili ilə tanışlıq olub.
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və Təhsil Nazirliyinin əsas benefesiar olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl