• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.   26 avqust 2021-ci il saat 17:00 tarixində keçiriləcək növbəti təlim “Regionların inkişafında universitet və şirkətlər arasında əlaqənin yaradılması” mövzusuna həsr edilib.   Təlimçi HTP proqramı çərçivəsində Macarıstanda biznesin inkişafı ixtisası üzrə magistratura təhsili almış Fərid Mirzəxanovdur.   Təlimdə iştirak etmək üçün müvafiq link   https://forms.gle/nnff8gbSPdGo7eqn8  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçiminə başlanılır

24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.   24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.   Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.   Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.   Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.   Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.   Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

“Tarixi qələbə” rəsm müsabiqəsinə qeydiyyat davam edir

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə müraciətlərin qəbulu davam edir.     Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri üçün nəzərdə tutulan müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:   I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir;   II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.   Müsabiqə üzrə şərtlər aşağıdakılardır: - Rəsmlər A3 və ya A4 formatda işlənməlidir; - İşlənmə texnikası sərbəstdir;  - Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.   Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq: (+994) 55-994-57-86  (+994) 12-372-72-63   Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

Magistratura üzrə II turda uğur qazananların qeydiyyatı davam edir

Ali təhsilin magistratura səviyyəsi üzrə II turda uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı davam edir. Qeydiyyat prosesi 24 avqust saat 23:59-da yekunlaşacaq.     Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur. 

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 avqust – 6 noyabr 2021-ci il tarixlərini əhatə edən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə start verilib.   Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə  vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.    Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir: I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir; II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.   Müsabiqə üzrə şərtlər aşağıdakılardır: - Rəsmlər A3 və ya A4 formatda işlənməlidir; - İşlənmə texnikası sərbəstdir;  - Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.   Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq: (+994) 55-994-57-86  (+994) 12-372-72-63   Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

18-19 avqust müsahibə mərhələsinin nəticələri

18-19 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.    Qeyd olunan tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.   Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.    Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.    Eyni zamanda müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

4 il oxu, 2 diplom al - Qeydiyyat üçün son gün

Avqustun 20-də 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat yekunlaşır. Namizədlər müvafiq sənədləri bu gün saat 23:55-dək onlayn anket formasında təqdim etməlidirilər.   Bakalavr proqramı ingilis dilində 4 il müddətində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə keçirilir. Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.   Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.   Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

“Uşaq hüquqları” hakatonu keçiriləcək

20-21 noyabr 2021-ci il tarixlərində “Uşaq hüquqları” hakatonu keçiriləcək. Hakaton Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır. İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar. Hakatonun mövzuları: *Təhsil hüququ; *Sağlamlıq hüququ; *Zorakılıqdan müdafiə hüququ; *Ailədə yaşamaq və tərbiyə almaq hüququ. Uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar/məktəblilər hakatonda iştiraka dəvətlidir. İştirak üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://usaqhakatonu.az/ Qeydiyyat üçün son tarix 15 sentyabr 2021-ci il nəzərdə tutulub. Qeyd edək ki, hakatonda ilk 3 yeri tutan komandanın hər bir üzvünə aşağıdakı mükafatlar təqdim ediləcək: I yer - kompüter II yer - planşet III yer - ağıllı saat

Peşə təhsili almaq üçün son qeydiyyat günü

Avqustun 20-də peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu başa çatır. Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bu gün saat 18:00-dək davam edəcək. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.  

ADAU-EGE Universiteti arasında ikili diplom proqramı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edilir. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra edilir. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə elan edilib.   Hər bir ixtisas üzrə illik qəbul planı 30 tələbədir. 4 illik proqramın ilk 3 il Gəncədə ADAU-da, son 1 ili isə İzmirdə Ege Universitetində tədris olunacaq. Tələbələrə ADAU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün türk dili dərsləri keçiriləcək.   Tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı