• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 avqust – 6 noyabr 2021-ci il tarixlərini əhatə edən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə start verilib.

 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə  vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. 

 

Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:

I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir;

II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.

 

Müsabiqə üzrə şərtlər aşağıdakılardır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- İşlənmə texnikası sərbəstdir; 

- Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.

 

Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq:

(+994) 55-994-57-86 

(+994) 12-372-72-63

 

Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.


3 il əvvəl