• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH qruplarında müəllim işləmək imkanı

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.   Namizədlər 21 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.   Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər.   Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz.

Peşə təhsilinə qəbul üçün qeydiyyata tələsin!

20 avqust saat 18:00-dək peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edəcək.   Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.   Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.   Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.  

İkili diplom proqramına qeydiyyat üçün az vaxt qaldı

20 avqust saat 23:55-də 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat başa çatacaq. Namizədlər müvafiq sənədləri göstərilən tarixədək onlayn anket formasında təqdim etməlidirilər.   Bakalavr proqramı ingilis dilində 4 il müddətində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə keçirilir. Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.    Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.    Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.   

Media nümayəndələri müsahibə mərhələsini izləyib

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.   Mediatur iştirakçılarına bildirilib ki, avqustun 26-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 4793 nəfərin iştirakı nəzərdə tutulub.   Bildirilib ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.   Qeyd edilib ki, prosesə 23 komissiya cəlb olunub.   Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 62 242 namizəd müraciət edib. Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə ediblər. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.   Mediatur zamanı jurnalistləri maraqlandıran digər suallar cavablandırılıb.

Magistratura üzrə II turda uğur qazananların elektron qeydiyyatı başlayır

18 avqust saat 15:00-dan etibarən ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatına start verilir.   Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat təlimatda təqdim edilir.    Qeyd edək ki, qeydiyyat prosesi 24 avqust 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.   Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi  üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

İkili diplom proqramına müraciət et, xaricdə təhsil imkanı qazan!

2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat davam edir. Müraciət üçün son tarix 20 avqust saat 23:55 müəyyən edilib. Namizədlər müvafiq sənədləri göstərilən tarixədək onlayn anket formasında təqdim etməlidirilər.    2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.    Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilərlər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri elektron formada təqdim etmək lazımdır.   BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 23-də (yazılı) və avqustun 24-də (şifahi) onlayn formada keçiriləcək. İmtahanla əlaqədar bütün namizədlərə əvvəlcədən elektron poçt vasitəsilə məlumat göndəriləcək. İmtahan nəticələri isə avqustun 27-də elan ediləcək.    Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

Müsahibə mərhələsinə start verilir

Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.   Müsabiqənin yekun – müsahibə mərhələsi alman dili, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, fransız dili, ibtidai sinif, informatika, ingilis dili, kimya, musiqi, rus dili, rus dili və ədəbiyyatı, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçiriləcək. Müsahibə mərhələsinə ümumilikdə 4793 namizəd dəvət olunub və müsahibələr avqustun 26-dək davam edəcək.   Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.   Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.   Müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədlərə uğurlar arzulayırıq!

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə nəticələr

11-14 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.   Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimlərində 939 namizəd uğur qazanıb. Seçimlərdə uğur qazanmış namizədlər üçün 18 avqustdan etibarən müsahibə mərhələsinə başlanılacaq. Namizədlər aşağıdakı link vasitəsi ilə müsahibə mövzuları ilə tanış ola bilərlər: https://miq.edu.az/movzular   Qeyd edək ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.   Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

“WorldSkills Asia - 2021" yarışlarının bağlanış mərasimi keçirilib

“WorldSkills Asia” tərəfindən 13 bacarıq istiqaməti üzrə 26 müxtəlif ölkədən olan 122 müsabiqəçinin və 185 mütəxəssisin iştirakı ilə onlayn formatda keçirilən beynəlxalq bacarıq yarışına yekun vurulub. “WorldSkills Azerbaijan” platforması qismində ilk dəfə Azərbaycanın təmsil olunduğu beynəlxalq bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə müvafiq olaraq mübarizə aparan müsabiqəçilər Kamil Səlimli və Hüseyn Qəmbərov uğurla iştirak edib, eləcə də beynəlxalq sertifikatla təltif olunublar.   “Kiber təhlükəsizlik” istiqaməti üzrə təmsilçimiz Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.   Hər iki təmsilçi ötən ay müvafiq bacarıq istiqamətləri üzrə ölkə səviyyəsində keçirilmiş yarış və seçim turunda yüksək nəticə göstərməklə beynəlxalq yarışda iştirak etmək hüququ qazanıblar.   Sözügedən yarışda təmsilçilik "WorldSkills" çətiri altında təşkil olunacaq gələcək bacarıq yarışlarında iştirak üçün əhəmiyyətli təcrübə hesab olunur, eləcə də müsabiqəçilərin bu qəbildən olan yarışlara hazırlıq səviyyəsinin yoxlanılması üçün mühüm rol oynayır.   Qeyd edək ki, Azərbaycan gələn ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək "WorldSkills" hərəkatının ən ali tədbiri olan “Shanghai2022” bacarıq olimpiadasında üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.   “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən "WorldSkills" hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan "WorldSkills" hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət edilib

2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Bu günədək respublika üzrə ümumilikdə 43 053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 378 nəfəri Azərbaycan, 6 675 nəfəri isə rus bölməsi üzrədir.     Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.     Qeyd edək ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir:

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı