SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Uşaq hüquqları” hakatonu keçiriləcək
20-21 noyabr 2021-ci il tarixlərində “Uşaq hüquqları” hakatonu keçiriləcək. Hakaton Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.
İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar.
Hakatonun mövzuları:
*Təhsil hüququ;
*Sağlamlıq hüququ;
*Zorakılıqdan müdafiə hüququ;
*Ailədə yaşamaq və tərbiyə almaq hüququ.
Uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar/məktəblilər hakatonda iştiraka dəvətlidir. İştirak üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://usaqhakatonu.az/
Qeydiyyat üçün son tarix 15 sentyabr 2021-ci il nəzərdə tutulub.
Qeyd edək ki, hakatonda ilk 3 yeri tutan komandanın hər bir üzvünə aşağıdakı mükafatlar təqdim ediləcək:
I yer - kompüter
II yer - planşet
III yer - ağıllı saat
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl