• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb. Görüşdə Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, “XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin əhəmiyyəti vurğulanıb və təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında söhbət aparılıb.

53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib. Qeyd edək ki,  elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu 21 oktyabr 2019-cu tarixindən etibarən davam etdiriləcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Təhsil naziri Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Qros Zakari ilə görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

1-12 oktyabr 2019-cu il tarixlərində Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilib. Çempionatda iştirak edən Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən məktəblimiz sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub. O həmçinin “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yeniyetmə şahmatçı Aydın Süleymanlını bu uğuru münasibətilə təbrik ediblər. Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan Aydın Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan Aydın Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb

Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb. Sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dən artıq iştirakçı qatılıb. Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunub. Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada “Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, “Hesablayıcı düşüncə meydançası – “Polyup” platformasının təhsildə tətbiqi”, “Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, “Peşə təmayüllü siniflərin açılması”, “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndirilməsi”, “Çevik Bacarıqlar (Soft skills) müasir dövrdə”, “eTwinning Plus: layihə əsaslı öyrənmə”, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti”, “Azərbaycan müəlliminin nüfuzunun və peşəkarlığının artırılması, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”,  "STEAM", "Rəqəmsal bacarıqlar" və digər mövzularda təqdimatlar nümayiş olunub, mühazirələr oxunub,  TED Talklar təşkil edilib. Sərginin sonuncu günündə pilot olaraq başladılan “Study in Azerbaijan” layihəsi çərçivəsində eyniadlı saytın təqdimatı keçirilib. Bildirilib ki, hazırda rəsmi internet səhifəsində 10 yerli ali təhsil müəssisəsi haqqında məlumatlar qeyd edilib. Azərbaycanın bütün ali təhsil müəssisələrinin bu portalda təmsili istiqamətində işlər görülür. “Study in Azerbaijan” saytında ölkəmizdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün bütün praktik məlumatlar yerləşdirilib, onları maraqlandıran sualların cavabları öz əksini tapıb. Əsas məqsəd ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində onlara dəstək göstərmək, əcnəbi tələbələrin sayının artırılmasına təkan vermək, universitetlərdəki beynəlmilləşmə istiqamətinə töhfə verməkdir. Sərgi zamanı işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar keçirilib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Oktyabrın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na start verilib. Oktyabrın 13-də yekunlaşacaq yarışda Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Niderland, İraq, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan daxil olmaqla ümumilikdə 12 ölkə təmsil olunur. Yarışda 1000-dən artıq cüdoçu mübarizə aparacaq. Yarışda 2000-2002 –ci il təvəllüdlü gənclər və 2003-2005, 2006-2007-ci il təvəllüdlü yeniyetmələr iştirak edir. Hər üç yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizəni bitirdikdən sonra cüdoçular 14-15 oktyabr tarixlərində 2 günlük təlim-məşq toplantısına qatılacaqlar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr 

Bakı şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü ərəfəsində Təhsil Nazirliyi tərəfindən TDƏŞ-in təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar ali təhsil müəssisələrində müvafiq məlumat xarakterli silsilə mühazirələr keçirilib. Mühazirələrdə türkdilli dövlətlərdən olan tələbə və müəllimlər iştirak edib. Belə ki, oktyabrın 7-də Azərbaycan Tibb Universitetində “Ortaq Türk Tarixi” dərsliyi üzrə ekspert Hafiz Cabbarov “Ortaq dəyərlərin təbliği baxımından Ortaq Türk Tarix dərsliyinin əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirilib ki,  XV əsrə qədər “Ortaq Türk Tarixi” dərsliyi Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb və üzv ölkələrin ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulub.             Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Xarici İşlər Nazirliyinin şöbə müdiri Məmməd Zülfüqarov “Naxçıvan müqaviləsinin 10 illiyi: nailiyyətlər və gələcəyə baxış” mövzusunda çıxış edib O, Naxçıvan müqaviləsinin əhəmiyyəti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasındakı rolunu qeyd edib. Oktyabrın 10-da isə Azərbaycan Memarlıq və İnşaat Universitetində TDƏŞ Katibliyinin nümayəndəsi Yıldız Uzakova “TDƏŞ-in fəaliyyəti: görülmüş işlər və inkişaf perspektivləri” mövzusunda təqdimat nümayiş etdirib. Rektor Gülçöhrə Məmmədova tədbirdə iştirak edərək türkdilli ölkələr arasında ortaq dəyərlərin təşviq olunması təşəbbüsü ilə çıxış edib. Qeyd edək ki, sözügedən mühazirələrin müxtəlif tarixlərdə Türk Universitetləri Birliyinə üzv olan yerli ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub. 

Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Oktyabrın 11-də Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Nümayəndə heyətinin üzvləri Azərbaycanda Koreya təhsil modeli əsasında yaradılmış, ən müasir maddi-texniki baza ilə təchiz olunmuş Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yaxından tanış olublar, mərkəzə məxsus emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər. Mərkəzin direktoru Rəşad Xanlarov koreyalı qonaqlara təhsil ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən danışıb.  Qeyd olunub ki,  mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə müəyyən edilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq etməkdədir. Qeyd edək ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Mərkəzdə tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunur.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Sabirabad rayonu Bulaqlı kənd V.Quliyev adına tam orta məktəbinin ingilis dili müəllimi Rəqsanə Haqverdiyevaya həsr olunub. Rəqsanə Haqverdiyeva 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal,  2018-ci ildə isə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 49 bal toplayıb. Rəqsanə Haqverdiyeva  həftədə 3 gün uzun məsafə qət edərək Bakıdan Bulaqlı kəndinə dərs deməyə gəlir. Hər zaman kənd uşaqlarına dərs demək, onlara dəstək olmaq arzusunda olan Rəqsanə Haqverdiyeva deyir ki, işə qəbul imtahanı onu bu istəyinə aparan bir yol olub. O düşünür ki, kənd məktəbində təhsil vermək çətin deyil, sadəcə məsuliyyətin böyük olduğunu dərk etməlisən. Rəqsanə müəllim bildirir ki, şagirdlərinin sevgisi, ingilis dili fənninə maraq göstərərək səylə çalışmaları qarşılaşdığı çətinlikləri dəf etməyə köməklik göstərir. Onun fikrincə, əsl müəllim öyrətməkdən çox, şagirdlərində öyrənmək istəyi yaratmağı bacarmalıdır. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Təhsil Sərgisinin ən böyük stendi təhsilin informasiyalaşdırılmasına həsr olunub

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ikinci günü çərçivəsində “Təhsil” televiziyasının “Təməl” verilişi canlı yayımlanır. Verilişin mövzusu təhsilin informasiyalaşdırılması istiqamətində görülən işlər və gələcək planlara həsr olunub. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov verilişin qonağıdır.  Qeyd edək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində nümayiş edilən ən böyük stend Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə məxsusdur.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı