• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Oktyabrın 11-də Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda Koreya təhsil modeli əsasında yaradılmış, ən müasir maddi-texniki baza ilə təchiz olunmuş Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yaxından tanış olublar, mərkəzə məxsus emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.

Mərkəzin direktoru Rəşad Xanlarov koreyalı qonaqlara təhsil ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən danışıb.  Qeyd olunub ki,  mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə müəyyən edilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq etməkdədir.

Qeyd edək ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Mərkəzdə tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunur.


6 il əvvəl