SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub
1-12 oktyabr 2019-cu il tarixlərində Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilib. Çempionatda iştirak edən Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən məktəblimiz sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub. O həmçinin “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yeniyetmə şahmatçı Aydın Süleymanlını bu uğuru münasibətilə təbrik ediblər.
Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan Aydın Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan Aydın Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl