SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
16/10/2019 16:43
Sabirabad və İmişli şəhərlərində vətəndaşlar qəbul ediləcək
Sabirabad, Saatlı və İmişli, Beyləqan rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 25 oktyabr 2019-cu il tarixində saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad və Saatlı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil nazirinin müavini Firudin Qurbanov 25 oktyabr 2019-cu il tarixində saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli və Beyləqan rayon sakinlərini qəbul edəcək. Qəbulda İmişli və Beyləqan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 16-22 oktyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
16/10/2019 15:26
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur
Oktyabrın 16-da Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyaya mediatur təşkil edilib. Mediaturun məqsədi gimnaziyada STEAM fənninin tədrisi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq, onları bu ildən pilot olaraq həyata keçirilən STEAM layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub. Mediaturda bildirilib ki, Təhsil Nazirliyi tərəfindən başladılan STEAM layihəsi hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Daha sonra media nümayəndələri STEAM tədris otağında yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar. Məlumat verilib ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir. STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Növbəti ildən regionların da bu layihədə iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.
16/10/2019 12:27
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb
Oktyabrın 15-də Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb. Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb, həmçinin ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib. Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.
15/10/2019 18:22
“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans
Oktyabrın 15-də Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib. Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respubika Komitəsinin sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər. Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edib. Konfrans iştirakçılarını salamlayan idarə müdiri ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ümummilli liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. R.Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib. İdarə müdiri çıxışı zamanı 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. BŞTİ müdiri bildirib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur. Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan ümumi təhsilinin flaqmanı olan paytaxtın ümumi təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə ötən tədris ilində görülən işləri və reallaşdırılan layihələri yüksək qiymətləndirdiyini bildirib. Nazir müavini təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. M.Vəliyeva respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Nazir müavini tədris prosesinin təşkili, məktəblilərin dərs yükü, təcrübə mübadiləsi, şagird və valideynlərlə işin düzgün qurulması, monitorinqin səmərəli aparılması, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələləri nəzərə çatdırıb. M.Vəliyeva eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təmayülləşmə və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışı zamanı bildirib ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, dövlət tərəfindən təhsil işçilərinə göstərilən qayğı razılıqla qarşılanır və müsbət nəticələrlə müşayiət olunur. Əldə olunan uğurlar cari tədris ilində də inkişaf dinamikasının qorunub saxlayacağını deməyə əsas verir. Konfransda BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev və 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova da çıxış ediblər. Tədbir bədii kompozisiya ilə yekunlaşıb.
15/10/2019 16:48
Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb
Yeniyetmə və gənclər arasında keçirilən cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na yekun vurulub. İki gün davam edən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Latviya, Niderland, İraq və Qazaxıstan olmaqla 12 ölkənin idmançıları mübarizə aparıb. Müxtəlif çəki dərəcəsində 2000-2007-ci il təvəllüdlü idmançıların qatıldığı yarışlarda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb. Turnirin nəticələrinə əsasən komanda hesabında Gürcüstan I yer, Azərbaycan II yer, Rusiya isə III yerə layiq görülüb. Qeyd edək ki, “Təhsil Kuboku” Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilib.
15/10/2019 15:15
“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans
Oktyabrın 15-də “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib. Konfransda Təhsil naziri Ceyhun Bayramov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ölkəmizdəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların, eləcə də işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin peşə təhsilinin inkişafına xüsusi diqqətini vurğulayan nazir bildirib ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub. Ceyhun Bayramov deyib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil naziri bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub. Peşə sahəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən söz açan Təhsil nazirinin sözlərinə görə, yeni yaradılan Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq. Sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin vacibliyini qeyd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov “Peşə təhsilinin sənayenin inkişafında rolu”, layihə mütəxəssisi Myonqon Şin isə “Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.
15/10/2019 14:38
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir
Təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq edilib. Həmin Planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib. Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx təqdim edilir.
15/10/2019 14:22
Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri
Tvinninq layihəsinin “AzMKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində yeddinci missiya həyata keçirilib. Missiya Latviya Universitetinin Məktəbəqədər təhsil və ibtidai təhsil kafedrasının rəhbəri İneta Helmane, Latviya Universitetinin baş elmi işçisi Antra Ozola və həmin universitetin Fizika, Riyaziyyat və Optometriya Fakültəsinin layihə üzrə koordinatoru Janis Menkis tərəfindən baş tutub. Missiyanın məqsədi müvafiq olaraq ibtidai sinif müəllimliyi, informatika müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları üzrə dövlət standartının yenilənməsindən ibarət olub. Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetində qeyd olunan ixtisasların tədrisi üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartların yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrəniblər. Bundan başqa, ekspertlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi üzrə ixtisaslaşmış fakültələrində olub, professor-müəllim heyəti ilə görüşərək müzakirələr aparıb, bu ixtisasların tədrisində istifadə olunan maddi-texniki baza ilə tanış olublar. Missiya nəticəsində ekspertlər həmin ixtisaslar üzrə dövlət standartlarında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, maddi-texniki baza üzrə minimal tələblər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər. Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər. Ekspertlər həmçinin ayrı-ayrı universitetlərdə qeyd olunan ixtisasların tədrisinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr işləyib hazırlayıblar.
15/10/2019 11:08
Təhsil naziri Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Litva Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb. Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
14/10/2019 18:20
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı