• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 18-də Təhsil Nazirliyində Azərbaycan və Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi də iştirak edib. Macarıstanın ELTE, Seqed, Debreçen, Peç, Veterinari və Metropolitan universitetlərinin nümayəndələrinin iştirak etdiyi görüşə Azərbaycan tərəfdən Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA və Azərbaycan Dövlət İqtisad universitetlərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri də qatılıblar.  

"Mənimlə danış" "Təməl" verilişində

Təhsil Nazirliyi məktəblərdə fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşan şagirdlərlə bağlı hansı işlər görür? Nazirliyin yeni başlatdığı #MənimləDanış kampaniyasının cəmiyyətə ötürdüyü mesaj nədir və hansı nəticənin əldə olunmasına imkan yaradacaq? “Təhsil” televiziyasının “Təməl” verilişində bu suallar ətrafında müzakirə aparılır. Verilişin qonaqları Təhsil nazirinin müşaviri Elnur Məmmədov və Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənovadır.  

Modul tipli məktəblərin sayı artırılır

2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan  20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir. 2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib. Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nurlana Mirzəyevaya həsr olunub. Nurlana Mirzəyeva 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb. Cari tədris ilindən pedaqoji fəaliyyətə başlayan Nurlana Mirzəyeva deyir ki, dərs zamanı şagirdlərin dərsdən yorulmaması, əyləncəli bir şəkildə mövzunu mənimsəmələrinə çalışır. Nurlana Mirzəyeva şagirdlərini sevərək öyrədən müəllimin bu sevginin qarşılığını hər zaman alacağına inanır. Gənc müəllim düşünür ki, müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin bacarıqlarını inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi 

Oktyabrın 17-də “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib. Proqram BMT-nin Uşaq Fondu (UNİSEF), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə tərtib edilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda son illər edilmiş dəyişikliklərə əsasən bu sahədə kadr hazırlanması və əlavə təhsilin təmin olunması ilə əlaqədar müvafiq işlər görülüb. Hazırda həyata keçirilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında bu məsələ öz əksini tapıb. Nazir deyib ki, ölkə əhalisinin təqribi yarısının 29 yaşına qədər olduğunu nəzərə alsaq, gənclər siyasəti sahəsində və gənclərlə birbaşa işləyən mütəxəssislərin hazırlanması olduqca vacib məsələdir. Bizim təşəbbüsümüzü dəstəkləyən BMT-nin Uşaq Fondu bu layihəyə beynəlxalq ekspertləri cəlb edib, gənclər siyasəti və menecmenti sahəsində mütəxəssislər üçün magistr proqramı hazırlamağa başlayıb. Bu işdə əsas tərəfdaşımız Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası olub. Beynəlxalq ekspertlərin layihədə əməyini yüksək qiymətləndirən nazir deyib: “Ekspertlər qismində Estoniyanın Tallinn Dövlət Universitetinin mütəxəssisləri cəlb olunub. Onlar bu sahədə bir neçə ölkənin qabaqcıl təcrübəsini nəzərdən keçirərək bizim 6 ali təhsil ocağının müəllim və mütəxəssisləri ilə birgə Azərbaycan üçün uyğunlaşdırılmış tədris proqramı hazırlayıblar. Sevindirici haldır ki, layihənin ikinci mərhələsində - növbəti iki il ərzində Tallinn Dövlət Universitetinin köməyi və UNİSEF-in dəstəyi ilə Azərbaycan və Estoniya arasında “Gənclərlə iş” ixtisası üzrə müəllim mübadiləsi aparılacaq. Əminəm ki, növbəti illərdə hamımız bu proqramın faydasını görəcək və gənclərlə işin daha mütəşəkkil şəkildə həyata keçirilməsinin şahidi olacağıq”. UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, magistr proqramı tərtib olunarkən gənclərlə iş üzrə təxminən 500 mütəxəssisin rəyi nəzərə alınıb. 2018-2019-cu illərdə altı ali təhsil müəssisəsi - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti və Gəncə Dövlət Universiteti bu proqramın tətbiqinə başlayıb. Proqram ixtisaslaşma ilə bağlı tədris planlarına uyğunlaşdırılıb. Bu ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən UNİSEF-in Estoniyadan olan ekspertinin rəhbərliyi ilə magistr proqram üzrə 13 akademik kurs hazırlanıb. Proqramın tətbiqi Azərbaycanın gənclərlə iş istiqamətində çox mühüm mərhələdir. Proqramın əhəmiyyətindən danışan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə əhalisinin magistratura səviyyəsində gənclərlə iş üzrə mütəxəssislərin hazırlanması çox uğurlu layihədir. Proqram çox az ölkədə tətbiq olunur. Layihə çərçivəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının təmin edilməsi üçün ciddi addımlar atılıb. Təhsil Nazirliyində gənclərlə işin prioritet sahə kimi qəbul olunduğunu diqqətə çatdıran nazir müavini bu təşəbbüsün dəstəkləndiyini bildirib. Firudin Qurbanov deyib: “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Təhsil Nazirliyi 2018-ci ildə magistr proqramını təsdiq edib. İki ildir ki, bu ixtisaslaşma üzrə 6 ali təhsil müəssisəsində qəbul aparılır və artıq 80 nəfərə yaxın gənc magistratura səviyyəsində təhsil alır. Hesab edirəm ki, onlar gələcəkdə yüksəksəviyyəli mütəxəssis kimi formalaşa biləcəklər”. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov layihə iştirakçılarına minnətdarlığını bildirib. Gənclər siyasəti və menecmenti sahəsində mütəxəssislər üçün magistr proqramının hazırlanmasını yüksək qiymətləndirən rektor bu sahədə fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Sonra UNİSEF-in beynəlxalq eksperti xanım Tanya Dibou Azərbaycanda magistr proqramının tətbiqi ilə bağlı mövcud vəziyyət və gələcək işlər” mövzusunda təqdimat edib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs magistrlərinin Estoniyanın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirakı ilə bağlı videoçarx nümayiş olunub. Sonda magistr proqramının praktiki bölmələrinin işlənib hazırlanmasına dəstək vermiş elmi işçilər mükafatlandırılıb.   AZƏRTAC

Serbiyada təhsil təqaüd proqramı

Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub. Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Unievrsitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları oktyabrın 25-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş 

Oktyabrın 17-də Təhsil  Nazirliyində  “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  iştirakçıları ilə  görüş keçirilib. Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin  gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb.  Görüşdə iştirak edən “TRİZ Developers Summit” Beynəlxalq Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi, “NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqə ilə bağlı təqdimatla çıxış edib. Daha sonra təmsil etdiyi qurum adından “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da öz növbəsində TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığı barədə məlumat verib. Daha sonra mükafatlandırma mərasimi keçirilib. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və “Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın məktəbliləri də diplomla təltif ediliblər.  Məlumat verilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır. Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində  motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin  genişləndirilməsidir. TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk  İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb. 

Təhsil naziri Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib

Oktyabrın 17-də Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Nazir qeyd edib ki, ölkəmizdə təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev təhsil sahəsini daim diqqətdə saxlayır, bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncam və  fərmanlar imzalanır. Təhsil naziri dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına da xüsusi diqqət yetirildiyini deyib. Nazir xatırladıb ki, 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir təhsil müəssisələrindən 43-nün yeni dərs ilində təhvil verildiyini, digər 41 məktəbdə isə işlərin ilin sonuna qədər yekunlaşacağını vurğulayıb. Ceyhun Bayramov əlavə edib ki, qeyd olunan istiqamət üzrə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. Nazir vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox şagirdin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.  Son 5 ildə məktəblərin müəllim heyətinin keyfiyyət baxımından artdığını, 20 mindən çox gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıran Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Təhsil naziri ölkəmizdə ilk dəfə olaraq yaradılan peşə təmayüllü siniflərdən, ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiqindən, həmçinin peşə təhsilinin inkişafından və ali təhsilin əlçatanlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Mətbuat konfransında media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil Nazirliyi tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar ali təhsil müəssisələrində keçirilən müvafiq məlumat xarakterli silsilə mühazirələr başa çatıb. Oktyabrın 16-da Bakı Dövlət Universitetində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli “TDƏŞ-ə üzv dövlətlər arasında birgə elmi araşdırmalar və təhsil sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib. O, böyük ictimai xadim, maarifçi mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarına istinad edərək TDƏŞ-in təsisinin, görülmüş işlərin, o cümlədən Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin bu birliyin bariz nümunəsi olduğunu qeyd edib. Universitetin rektoru Elçin Babayev də mühazirədə iştirak edib, Bakı Dövlət Universiteti ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və akademiya tərəfindən nəşr olunan kitabların əyani vəsait olaraq universitetin Türkologiya kafedrasında istifadə edilməsi imkanlarının nəzərdən keçirildiyini qeyd edib. Öz növbəsində Darxan Kıdırəli də türkdilli dövlətlərdə fəaliyyət göstərən Türkologiya kafedralarının əlaqələndirilməsi və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi təşəbbüsləri ilə çıxış edib. Mühazirə tələbə-müəllim heyətinin, o cümlədən türkdilli dövlətlərdən olan tələbələrin marağına səbəb olub. Çıxışının sonunda Darxan Kıdırəli Bakı Dövlət Universitetini 100 illik yubileyi münasibətilə təbrik edib, TDƏŞ-in təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar silsilə mühazirələrin təşkili üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim 

Bakı Dövlət Universitetinin SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib. Təlimin əsas məqsədi SABAH müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub. Təlim Bakı Dövlət Universiteti  və UNEC SABAH mərkəzlərinin rəhbərləri tərəfindən keçirilib. Təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub. Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində onun istifadə qaydaları haqqında məlumat verilib. Sonda təlimi uğurla başa vuran müəllimlər sertifikatla təltif olunub. Qeyd edək ki, sözügedən təlimlərin 2019-2020 tədris ilinin yaz semestrində də keçirilməsi nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı