SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nurlana Mirzəyevaya həsr olunub.
Nurlana Mirzəyeva 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb.
Cari tədris ilindən pedaqoji fəaliyyətə başlayan Nurlana Mirzəyeva deyir ki, dərs zamanı şagirdlərin dərsdən yorulmaması, əyləncəli bir şəkildə mövzunu mənimsəmələrinə çalışır. Nurlana Mirzəyeva şagirdlərini sevərək öyrədən müəllimin bu sevginin qarşılığını hər zaman alacağına inanır. Gənc müəllim düşünür ki, müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin bacarıqlarını inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl