• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil Nazirliyi tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar ali təhsil müəssisələrində keçirilən müvafiq məlumat xarakterli silsilə mühazirələr başa çatıb.

Oktyabrın 16-da Bakı Dövlət Universitetində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli “TDƏŞ-ə üzv dövlətlər arasında birgə elmi araşdırmalar və təhsil sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib. O, böyük ictimai xadim, maarifçi mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarına istinad edərək TDƏŞ-in təsisinin, görülmüş işlərin, o cümlədən Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin bu birliyin bariz nümunəsi olduğunu qeyd edib.

Universitetin rektoru Elçin Babayev də mühazirədə iştirak edib, Bakı Dövlət Universiteti ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və akademiya tərəfindən nəşr olunan kitabların əyani vəsait olaraq universitetin Türkologiya kafedrasında istifadə edilməsi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Öz növbəsində Darxan Kıdırəli də türkdilli dövlətlərdə fəaliyyət göstərən Türkologiya kafedralarının əlaqələndirilməsi və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi təşəbbüsləri ilə çıxış edib.

Mühazirə tələbə-müəllim heyətinin, o cümlədən türkdilli dövlətlərdən olan tələbələrin marağına səbəb olub.

Çıxışının sonunda Darxan Kıdırəli Bakı Dövlət Universitetini 100 illik yubileyi münasibətilə təbrik edib, TDƏŞ-in təsis olunmasının 10-cu ildönümü ilə əlaqədar silsilə mühazirələrin təşkili üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib.


6 il əvvəl