• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb. Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub. Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib

Oktyabrın 31-də “British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəngilan 33 nömrəli tam orta məktəbin nəzdində təsis edilən ingilisdilli ilk Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 İngilis Dili Mərkəzindən ibarət şəbəkəyə əlavə edilməsi planlaşdırılan 5 yeni Resurs və Təlim mərkəzindən birincisidir. İngilis dilində danışıq bacarığını inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin əhəmiyyətini qeyd edən nazir müavini deyib ki, bu mərkəzlər müasir texnologiyalardan istifadə edərək bu dili öyrənməyə imkan verir. Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlığını da xüsusi qiymətləndirən Məhəbbət Vəliyeva məktəblilərə ingilis dilini öyrənmələri üçün yaradılan imkanlardan düzgün faydalanmağı tövsiyə edib. Məhəbbət Vəliyeva çıxışının sonunda gənclərə yaradılan bu şəraitə görə Britaniya Şurasına təşəkkür edib. Daha sonra çıxış edən Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson ingilis dilinin dünyadakı mövqeyindən, bu dildə danışmağı bacarmağın əhəmiyyətindən danışıb. İngilis dilinin yeniliklərin dili olduğunu vurğulayan Baronessa Emma Nikolson Mərkəzdə hər kəsin ingilis dilini əylənərək öyrənəcəyinə və bu dildə danışmaqdan zövq alacağına ümid etdiyini deyib. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah da öz növbəsində proqram barədə ətraflı məlumat verib və əlavə edib ki,  Mərkəz məktəblilərə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Samr Şah bildirib ki, əlavə olaraq  Zaqatala, Tərtər, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır. Açılış mərasimində qeyd edilib ki, “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə  bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.

Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri 

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində təlimlər keçirilib. Təlimlərə Sumqayıtda fəaliyyət göstərən 43 ümumtəhsil müəssisəsindən 170 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib. Qeyd edək ki,  TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Oktyabrın 31-də “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak ediblər.  Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə Dünya İqtisadi Forumunun Rəqabətlilik İndeksi üzrə Azərbaycanın göstəricilərinin yüksəldiyini diqqətə çatdırıb. Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ölkəmizdə insan  kapitalının formalaşması, yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən danışıb. Ceyhun Bayramov bildirib ki, müasir dövrdə rəqabətə davamlı, hərtərəfli  mütəxəssis hazırlığına nail olmaq üçün Azərbaycan hökuməti biliyə əsaslanan iqtisadiyyatın inkişafına mühüm önəm verir. Nazirin sözlərinə görə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar. Təhsil naziri çıxışının sonunda Azərbaycan və Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığa toxunaraq ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə Britaniya Şurasına minnətdarlığını bildirib. Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində bildirib ki, keyfiyyətli ali təhsil yerli və qlobal əmək bazarında gənclərin imkanlarını genişləndirir. Baronessa Emma Nikolson təhsil sahəsində Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığının vacibliyini qeyd edib və  ölkəsinin gələcəkdə də bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb. “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramının əhəmiyyətinə toxunan Baronessa Emma Nikolsonun sözlərinə görə, proqramın əsas məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onların yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etməkdir.  Daha sonra çıxış edən “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah da bildirib ki, bu forum yeni ali təhsil proqramının ölkədəki mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək. Samr Şah bu proqram çərçivəsində tədqiqatçıların təcrübə mübadiləsinin baş tutacağını deyib. Samr Şah əlavə edib ki, konfrans məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır.           Konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verilib, onun üstünlüklərindən söz açılıb. Bildirilib ki, “British Council” müvafiq proqramın köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, insanların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir. Daha sonra tədbir məşğulluq, mütəxəssis hazırlığı, karyera imkanlarına həsr olunmuş  təqdimatlarla  davam etdirilib.

“Fövqəladə hallar uşaqların gözü ilə” 

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək. Müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən seçilərək qaliblər haqqında məlumatlar noyabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir. Qaliblər qiymətli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar. Qeyd edək ki, “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır. Müsabiqə uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək  göstərmək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə təşkil edilir. 

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir

Cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Təhsil Nazirliyinin beynəlxalq “Alqoritmika” şirkəti ilə birlikdə həyata keçirdiyi bu layihəyə 2017-2018-ci tədris ilində 1 şəhər, 45 məktəb, 200 müəllim, 6500 şagird, 2018-2019-cu tədris ilində isə 2 şəhər və rayon, 73 məktəb, 270 müəllim, 26 000 şagird cəlb olunub. Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Mingəçevir, Şamaxı, Gəncə və Biləsuvarda həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” şirkəti ölkədə bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan (4-cü kurs) universitet tələbələri və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə yeni mentorluq proqramına başlayıb. Mentorluq proqramının elanı ilə bağlı keçirilən tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sektorunun, insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib. Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə Azərbaycan arasında təhsil əməkdaşlığına toxunan nazir müavini bildirib ki, Britaniya azərbaycanlı tələbələrin təhsil almaq üçün üz tutduqları ölkələr içərisində ilk sıralardadır: “Xaricdə təhsil almış 3558 tələbədən 1032-si Böyük Britaniyanın aparıcı universitetlərini seçib. Ölkələrimiz arasında təhsil pillələri üzrə müxtəlif layihələr həyata keçirilir. Azərbaycanda Böyük Britaniyanın 595 şirkəti fəaliyyət göstərir. BP şirkəti 25 ildir ki, Azərbaycanda ən çox sərmayə qoyan və ən çox layihələr həyata keçirən şirkətlərdən biridir”. Nazir müavini deyib ki, müasir dünyada mentorluğa çox böyük maraq var və bu istiqamətdə BP şirkətinin bu layihəsi təqdirəlayiqdir: “Layihənin əsas məqsədi texniki fakültələrdə təhsil alan, yüksək potensialı ilə seçilən tələbələrə  fərdi mentorluq sessiyaları keçirməklə onların öz sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə inamı artırmalarına yardım etməkdir”. Nazir müavini çıxışının sonunda  layihə üçün seçilmiş 118 tələbəni təbrik edib və hər birinə uğurlar arzulayıb. Daha sonra “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin ölkədəki universitet tələbələrinin inkişafına dəstək vermək üçün nəzərdə tutulan bu yeni təşəbbüsə başlamaqdan məmnunluq duyduğunu deyib: “İnanırıq ki, bu proqram tələbələrin biznes mühitində tələb olunan bir sıra çox mühüm bacarıqlarını inkişaf etdirmələri üçün gözəl imkan olacaq. Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər”. “BP Azerbaijan”ın insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva bildirib ki, könüllü şəkildə mentorluq edəcək bütün BP əməkdaşları bu proqramda iştiraka çox həvəslidirlər. Onlar mentorluq dəstəyi alacaq tələbələrlə görüşməyi səbirsizliklə gözləyirlər və BP-nin Azərbaycandakı fəaliyyəti haqqında öz biliklərini və qlobal şirkətdə işləməyin necə hiss olduğunu tələbələrlə bölüşmək istəyirlər. Proqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir. Bütün mentorlar Bakıdakı müxtəlif universitetləri təmsil edən çox sayda tələbələrlə könüllü şəkildə işləyəcək BP mütəxəssisləridir. Mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, tərcümeyi-halın hazırlanması, əlaqələrin qurulması və sair kimi tələb olunan işgüzar səriştələrin inkişaf etdirilməsinə yönəlib. Proqram mentorlar ilə aylıq fərdi görüşlərin keçirilməsi, habelə BP-nin Bakıdakı ofisində master-klassların təşkil olunması kimi 6 aylıq fəaliyyətlərə əsaslanacaq. Hazırkı mərhələdə proqramın 2 qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu cari ilin noyabrında və ikinci qrupu isə 2020-ci ilin yanvarında proqrama başlayacaq. Ümumilikdə proqramda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universitetindən olan 119 tələbə və məzun iştirak edəcək. Proqramın iştirakçıları kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft və qaz mühəndisliyi, inşaat mühəndisliyi, energetika, geoloji kəşfiyyat/geofizika, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, təkrar emal və resursların bərpası, ekologiya mühəndisliyi, informasiya texnologiyaları kimi sahələrdə ixtisaslaşırlar. Bütün iştirakçıların seçilməsi prosesi onlayn müraciət əsasında aparılıb və onlara video formatında proqrama nə üçün qoşulmaq istədiklərini izah etmək tapşırığı verilib.   AZƏRTAC

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsinin yarışlarına başlanılıb. Ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən artıq məktəbli iştirak edir. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəb qoşulub. Çempionatın rayondaxili mərhələsi noyabrın 21-də yekunlaşacaq. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası zona mərhələsinə vəsiqə qazanmış olacaq. Qeyd edək ki, 2019-2020-ci tədris ili ərzində keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinin şagirdləri şahmat (II-IV siniflər), atletika (V-VII siniflər), voleybol (qızlar, VII-IX siniflər), basketbol (oğlanlar, IX-X siniflər) və stolüstü tennis (oğlanlar, IX-X siniflər) idman növləri üzrə iştirak edəcəklər. Çempionatın məktəbdaxili mərhələsində 2515 ümumi təhsil müəssisəsindən 200 mindən artıq şagird mübarizəyə qoşulub. Məktəblər arasında respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılması da əsas məqsədlərdəndir. Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.

Göyçayda məktəblilər üçün mülki müdafiə təlimləri keçirilib

Göyçay şəhəri 2 nömrəli tam orta məktəbdə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimləri keçirilib. Təlimlərin keçirilməsində məqsəd mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi olub. Təhsil Nazirliyinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimlər həmçinin məktəbin müəllim və şagird heyətinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə maarifləndirilməsi, təlim iştirakçılarının fövqəlаdə halların nəticələrinin аrаdаn qаldırılmаsı işinin təşkili sаhəsində bilik və bacarıqlarının artırılmasına nail olmaq olub. Daha sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay Rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir müavini Elnur Əliyev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəis müavini, polkovnik Cavanşir Həşimov və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təlim mövzusunda müşavirə keçirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı