• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı keçirilib. Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Milli komandamızın digər üzvləri Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər. Görüş Azərbaycan millisinin 2.5:1.5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da  Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra yenidən qitə çempionatında üçüncü yerə layiq görülüb. Qeyd edək ki, Günay Məmmədzadə “Təhsil’’ Respublika İdman Mərkəzinin 4 nömrəli, Xanım Balacayeva isə həmin mərkəzin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələridir.

Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.

“eTwinning” layihəsi çərçivəsində illik konfrans keçirilib

Fransada “eTwinning” layihəsinin illik konfransı keçirilib. Tədbirdə layihəyə üzv olan Avropa ölkələrinin Təhsil nazirliklərinin nümayəndələri və müəllim heyəti iştirak edib. Konfransda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin heyəti və 3  müəllim ölkəmizi təmsil edib.  Konfrans çərçivəsində rəqəmsal mühitdə kritik düşüncənin formalaşdırılması, kompüter elmləri və kodlaşdırma, onlayn mühitdə şagird təhlükəsizliyinin təmin edilməsi mövzularında müxtəlif seminar, plenar sessiya və  təlimlər təşkil olunub. Həmçinin layihə əsaslı  dərs planının qurulması, şagirdyönümlü təhsilin inkişafı, onlayn peşəkar inkişaf metodları istiqamətində mövzular müzakirə olunub. “eTwinning” layihəsinin təhsilverənlərin peşəkar inkişafı və İKT-nin tədrisdə tətbiqi sahəsində rolu üzrə müzakirə panelində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Xorvatiyanın Təhsil nazirinin müavini, Fransa, Malta, Portuqaliyanın rəsmi nümayəndələri ilə birgə müzakirələrə qoşulub. Vüsal Xanlarov layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb. 3 gün davam edən tədbirdə müəllimlərimiz peşəkar inkişaf təlimlərinə cəlb edilib və bu sahədə xarici həmkarları ilə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 524 məktəbdən 1912 müəllimin iştirakı ilə 1755 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, layihədə iştirak edən müəllimlər onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda iştirak edirlər.

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Cari ilin birinci yarımili ərzində Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub. Şəbəkə hazırda respublikanın 3 186 ümumtəhsil məktəbini əhatə edir. Ölkə üzrə şagirdlərin 93 faizi, müəllimlərin isə 89 faizi internetlə təmin olunub. Azərbaycan Təhsil Şəbəkəsi ölkənin ümumi təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. Layihənin icrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılıb.  Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir. Azərbaycan Təhsil Şəbəkəsi ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək şagirdlərin ixtiyarına verilir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi qalib olub

Yaponiyanın Yokohama şəhərində 20-ci “Kanagawa Biennal" Dünya Uşaqların İncəsənət Sərgi-müsabiqəsi keçirilib. Müsabiqəyə 92 ölkə üzrə 28 minə yaxın rəsm işi təqdim olunub. Müsabiqədə iştirak edən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasının dərnək üzvü Banu Şıxəliyeva uğurlu nəticə əldə edib. Banu Şıxəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

 Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri 

Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq təbliğat-təşviqat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti belə tədbir Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildiriblər. Onlar bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər. Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev həyata keçirilən tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Mübariz Ağayev yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Tədbirdə məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub.

Smart tələbə kartının təqdimat mərasimi 

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Smart tələbə kartının təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, "Kapital Bank"ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri,  müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, artıq ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı kartların hazırlanaraq tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.  Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev də bu layihənin ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, tələbələrin bu layihəyə cəlbi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq. UNEC-in rektoru Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi Smart tələbə kartına Azərbaycanda ilk dəfə UNEC tələbələrinin sahib olduqlarını vurğulayıb.  Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açıb, Smart tələbə kartının həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib. Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar da öz növbəsində bu kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb. "Kapital Bank"ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib.               Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin birinci kursunda təhsil alan, Prezident təqaüdünə layiq görülmüş 20 tələbəyə kartlar təqdim olunub. Tədbirdə bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsinin nəzərdə tutulduğu vurğulanıb. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, UNEC, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir. 

Vətəndaşlarla iş bölməsinə 21 528 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 528 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 572 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 956 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (632 ərizə, 1223 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü və digər məsələləri əhatə edib.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi Vüsalə Hüseynovaya həsr olunub. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 55 bal toplayıb. 2000-ci ildən pedaqoji fəaliyyətə başlayan Vüsalə Hüseynova qısa müddət ərzində tarix fənnini şagirdlərinə sevdirməyi bacarıb. Təhsil sahəsində qazandığı nailiyyətlərə görə Qobustan Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilib. Tarix müəllimi deyir ki, şagirdlərin Azərbaycan tarixini daha yaxşı öyrənməsinə  və onların əsl vətəndaş kimi yetişmələrinə çalışır. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

“Your English Voice” adlı ingilis dili müsabiqəsinin açılış mərasimi keçirilib

Oktyabrın 31-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council”ın təşkilatçılığı ilə tələbələr üçün keçiriləcək “Your English Voice” adlı ingilis dili müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, dövlət ali təhsil müəssisələrinin rektorları, dekanlar, eləcə də tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə ölkədə həyata keçirilən təhsil islahatlarının  gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı yaratdığını diqqətə çatdırıb. Təhsil naziri bildirib ki, hazırda yerli ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə həyata keçirdiyi mübadilə proqramları tələbələrin dil biliklərinin daha da yaxşılaşmasına imkan yaradır. SABAH qrupları ilə bağlı ətraflı məlumat verən Ceyhun Bayramov ali təhsilin keyfiyyətinin yüksəldilməsində layihənin xüsusi rolunu vurğulayıb və qeyd edib ki, layihə hazırda 2400-dən çox tələbəni əhatə edir.  Təhsil naziri müsabiqənin əhəmiyyətinə toxunaraq bu gün tələbənin sadəcə universitet daxilində biliyə yiyələnməklə kifayətlənməli olmadığını, həmçinin ictimai həyatda fəallıq göstərməli olduğunu qeyd edib. Nazir çıxışının sonunda müsabiqənin iki ölkənin təhsil müəssisələri arasında səmərəli əməkdaşlıqların qurulmasına və mövcud əməkdaşlıqların möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində ingilis dilinin öyrənilməsində “British Council” təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Baronessa Emma Nikolsonun sözlərinə görə, müsabiqə ölkələr arasındakı əməkdaşlığa töhfə verəcək. I yerin 2 qalibinə “British Council” tərəfindən Böyük Britaniyanın aparıcı yay məktəblərindən birində 2 həftəlik ingilis dili kursu imkanı yaradılacaq. II və III yerin qalibləri isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar. “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sarm Şah da deyib ki, ilk dəfə keçirilən müsabiqədə ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilərlər. “Your English Voice” müsabiqəsinin təşkil olunmasının əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı