• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsinin yarışlarına başlanılıb.

Ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən artıq məktəbli iştirak edir. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəb qoşulub.

Çempionatın rayondaxili mərhələsi noyabrın 21-də yekunlaşacaq. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası zona mərhələsinə vəsiqə qazanmış olacaq.

Qeyd edək ki, 2019-2020-ci tədris ili ərzində keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinin şagirdləri şahmat (II-IV siniflər), atletika (V-VII siniflər), voleybol (qızlar, VII-IX siniflər), basketbol (oğlanlar, IX-X siniflər) və stolüstü tennis (oğlanlar, IX-X siniflər) idman növləri üzrə iştirak edəcəklər.

Çempionatın məktəbdaxili mərhələsində 2515 ümumi təhsil müəssisəsindən 200 mindən artıq şagird mübarizəyə qoşulub.

Məktəblər arasında respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur.

Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılması da əsas məqsədlərdəndir.

Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.


6 il əvvəl