SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir
Cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Təhsil Nazirliyinin beynəlxalq “Alqoritmika” şirkəti ilə birlikdə həyata keçirdiyi bu layihəyə 2017-2018-ci tədris ilində 1 şəhər, 45 məktəb, 200 müəllim, 6500 şagird, 2018-2019-cu tədris ilində isə 2 şəhər və rayon, 73 məktəb, 270 müəllim, 26 000 şagird cəlb olunub.
Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Mingəçevir, Şamaxı, Gəncə və Biləsuvarda həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl