SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi Vüsalə Hüseynovaya həsr olunub. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 55 bal toplayıb. 2000-ci ildən pedaqoji fəaliyyətə başlayan Vüsalə Hüseynova qısa müddət ərzində tarix fənnini şagirdlərinə sevdirməyi bacarıb. Təhsil sahəsində qazandığı nailiyyətlərə görə Qobustan Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilib. Tarix müəllimi deyir ki, şagirdlərin Azərbaycan tarixini daha yaxşı öyrənməsinə və onların əsl vətəndaş kimi yetişmələrinə çalışır.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl