• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı keçirilib. Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Milli komandamızın digər üzvləri Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 2.5:1.5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da  Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra yenidən qitə çempionatında üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, Günay Məmmədzadə “Təhsil’’ Respublika İdman Mərkəzinin 4 nömrəli, Xanım Balacayeva isə həmin mərkəzin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələridir.


6 il əvvəl