• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət Bosniya-Herseqovina və Serbiya respublikalarında təlim səfərinə qatılıb.

Nümayəndə heyəti  Bosniya və Hersoqovina Respublikasının Dövlət Qulluğu Nazirliyini, müxtəlif kantonlarda yerləşən peşə təhsili müəssisələrini və işəgötürən şirkətləri ziyarət edib. 

Səfərin iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri, maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerlərində təlimlərin keçirilməsi, maliyyə müstəqilliyinin artırılması və idarə edilməsi prosesləri ilə tanış olublar.

Qeyd edək ki, təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Məqsəd Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı  qabaqcıl təcrübələrlə tanışlıq, dual peşə təhsili və təlimi  modelinin Azərbaycanın peşə təhsili sahəsində həyata keçirilməsi  metodlarının öyrənilməsidir.


6 il əvvəl