SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb
Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron rayonunda gənc müəllimlərlə görüşüb.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Abşeron, Şuşa və Zəngilan rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib.
Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında geniş çıxış edib. Nazir müavini müəllimin yüksək peşəkarlıq və insani keyfiyyətlərə, öyrənməyi öyrədə bilmək bacarığına malik olmasının, həmçinin şagirdlərə qarşı sevgi və hörmətin vacibliyini vurğulayıb.
Firudin Qurbanov qeyd edib ki, müəllimin əsas vəzifələrindən biri şagirdə informasiyalardan düzgün istifadə etməyi öyrətməkdir. Nazir müavininin sözlərinə görə, müəllim təkcə fənni tədris etməməli, həmçinin şagirdin tənqidi düşüncəsi, təhlil bacarığını müəyyən etməlidir. Bundan əlavə, müəllimlər dərs zamanı şagirdlərin sağlamlığına da önəm verməlidirlər.
Nazir müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb.
Görüş gənc müəllimlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl