SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır
Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir. Kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. “Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür. Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
13/01/2020 12:01
Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib
Yanvarın 12-də Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib. Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilib. Bilik yarışının ilkin mərhələsində iştirak üçün təxminən 35 min şagird müraciət edib. Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
12/01/2020 14:08
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şamaxı rayon mərkəzindən 17 km məsafədə ucqar dağlıq ərazidə yerləşən Həmyə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Zabitliyə həsr olunub. Gülşən Zabitli 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb. Gülşən müəllim düşünür ki, təhsildə fərdi yanaşma önəmlidir. Müəllim hər şagirdin fərqli düşüncə və qavrama səviyyəsinə malik olduğunu da bilməlidir. Şagirdləri ilə dost olmağa çalışan Gülşən Zabitli bu cür münasibətin müsbət nəticəsini görəndə sevindiyini deyir. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
10/01/2020 17:03
Yeni Peşə Təhsil Mərkəzində təlimlər təşkil ediləcək
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir. Müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər. Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını (Qeydiyyat forması) doldurmalıdırlar. Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir. Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı ilə bu linkə https://vet.edu.gov.az/az/news/1614 daxil olaraq tanış ola bilərsiniz. Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılan Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə iştirak edib və tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil edirlər.
10/01/2020 16:41
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şamaxı rayon mərkəzindən 17 km məsafədə ucqar dağlıq ərazidə yerləşən Həmyə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Zabitliyə həsr olunub. Gülşən Zabitli 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb. Gülşən müəllim düşünür ki, təhsildə fərdi yanaşma önəmlidir. Müəllim hər şagirdin fərqli düşüncə və qavrama səviyyəsinə malik olduğunu da bilməlidir. Şagirdləri ilə dost olmağa çalışan Gülşən Zabitli bu cür münasibətin müsbət nəticəsini görəndə sevindiyini deyir. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
10/01/2020 16:10
“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir
“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq istəyənlər 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz. Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.
10/01/2020 11:13
Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək
Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışının ilkin mərhələsində bu il təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.
10/01/2020 10:40
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək
Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək. Müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. “Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər) və ölkə olmaqla 3 mərhələdə təşkil edilir. Müvafiq Qaydalara əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib. Qeyd edək ki, Təhsil Nazirliyi artıq beşinci ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
09/01/2020 16:09
“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişlənir
Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. Hazırda layihənin təhsil işçilərindən ibarət 2000-dən çox iştirakçısı var. Onlardan 1054 nəfəri 2019-cu ildə layihəyə qoşulub. Layihə çərçivəsində bugünədək 551 ümumtəhsil məktəbi üzrə 2066 müəllimin iştirakı ilə 1949 təhsil layihəsi həyata keçirilib. 2019-cu ildə yaradılan 916 layihədən 124-ü ölkə daxilində, 792-si isə avropalı həmkarlarla ortaq işlənilir. Həyata keçirilən layihələr sırasında 131-i 2019-cu ildə olmaqla, ümumilikdə 255 layihə “Avropa Keyfiyyət Nişanı”na layiq görülüb. Ölkə üzrə artıq 9 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatı qazanıb və daha 7 məktəb isə cari ildə keçiriləcək müsabiqədə nominant olaraq iştirak edəcəklər. Layihədə iştirak edən təhsil işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 2019-cu ildə Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslara ölkəmizdən 19 müəllim və 2 direktor qatılıb. Layihə çərçivəsində 60 nəfər yerli və xarici müəllimin iştirakı ilə Bakı və Lənkəranda konfranslar təşkil edilib. Qeyd edək ki, “Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi, effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.
09/01/2020 11:26
Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib
Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Ötən il ərzində Azərbaycan və rus bölmələri üzrə II, III, IX, X və XI siniflərə aid 19 dərslik elektron formatda hazırlanaraq portala yerləşdirilib. Bundan əlavə, hər iki bölmə üzrə 15-i II, 15-i III, 17-si IV və 31-i VIII sinif dərsliyi olmaqla, ümumilikdə, 78 dərslik yeniləri ilə əvəzlənib. Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Beləliklə, portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb. Ötən tədris ilində portala V, VI, VII, IX, X və XI sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi V, VI və IX sinif, ədəbiyyat VI sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib. 2019-cu ildə www.e-derslik.edu.az elektron dərslik portalına giriş sayı 2 704 838-ə, səhifələrə ümumi baxış sayı isə 21 790 608-ə çatıb. 2018-ci ildə isə bu göstəricilər müvafiq olaraq 1 697 572 və 12 452 046 olub. Ötən il ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Qazaxıstan və Hollandiya olub. Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq riyaziyyat (VI sinif), ingilis dili (VII sinif), ingilis dili (V sinif), riyaziyyat (VII sinif), Azərbaycan tarixi (V sinif), ədəbiyyat (VII sinif), ədəbiyyat (V sinif), ədəbiyyat (X sinif), coğrafiya (VI sinif), fizika (VII sinif) və biologiya (VII sinif) olub. İstifadəyə verildiyi 5 il ərzində portala 2 255 371 unikal istifadəçi tərəfindən 6 172 352 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 47 339 812 olub. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadəsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
09/01/2020 10:19
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı