SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2019-cu il ərzində Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 227 483 müraciət daxil olub
2019-cu il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 227 483 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 192 153 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 35 330 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 16 780 sənəd (7 090 ərizə, 9 690 məktub) qəbul olunub və qeydiyyata alınıb.
2019-cu ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2011 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1286 sənəd (418 ərizə, 868 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 10180 zəng qəbul edilib.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, şagirdlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl