SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Boks üzrə respublika birinciliyi
Lənkəran şəhər Olimpiya İdman Kompleksində 2002-2003, 2004-2005-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birinciliyi keçirilib. 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra yarışlara start verilib. Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb. 2002-2003-cü il təvəllüdlülər arasında 10 çəki, 2004-2005-ci il təvəllüdlülər arasında 14 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə “Təhsil” RİM-in Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, boks idman növünün təbliğ edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.
18/01/2020 10:57
20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi
Yanvarın 17-də Bakı Musiqi Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov 30 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin şanlı qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib. Nazir ümummilli lider Heydər Əliyevin həmin günlərdə göstərdiyi xidmətlərdən danışıb. Ceyhun Bayramov Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. Hər il 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu vurğulayan Təhsil naziri bu gün ümumtəhsil məktəblərində 20 Yanvar mövzusuna həsr olunmuş xüsusi dərslər keçirildiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, görülən işlər hər bir gəncin tarixini bilməsi, milli ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev 20 Yanvar hadisələrinin mənəvi, siyasi aspektlərindən söz açıb. Anar Rzayev xalqımızın sağalmaz yarası olan 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə doğru yol açdığını vurğulayıb. Anım tədbirində Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestrinin ifasında kompozisiyalar, Fikrət Əmirov, Arif Məlikov və digər bəstəkarların əsərləri səsləndirilib.
17/01/2020 21:19
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb
Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov ölkəmizi yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən məktəblilərlə görüşüb. Görüşdə Təhsil naziri Ceyhun Bayramov olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib. Təhsil naziri müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, həmçinin son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıb. Sonra nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər. Qətərin paytaxtı Dohada keçirilən Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.
17/01/2020 16:30
Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura pilləsinə qəbul
“Təhsil” televiziyasının “Təməl” verilişində UFAZ-ın direktoru Vazeh Əsgərovla bu mövzuda söhbət aparılır.
17/01/2020 15:12
Təhsil naziri Latviyanın ölkəmizdəki səfiri ilə görüşüb
Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
17/01/2020 14:37
İlk dərslər 20 Yanvara həsr olunub
Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Dərslərdə xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda müzakirələr aparılıb. Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub, konfrans, seminar, mühazirə və "Dəyirmi masalar" da keçirilib. Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarəti davam edir.
17/01/2020 09:43
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA) üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən olan 2644 nəfər müraciət edib. Assosiasiyaya üzvlük üçün qeydiyyat prosesi davam edir. Üzv olmaq istəyən müəllimlər http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Ötən il Şəkidə respublikanın 7 bölgəsini əhatə edən 30 gənc müəllimin iştirakı ilə “Azərbaycan Gənc Müəllimlərinin I Yay Məktəbi” təşkil edilib. Qeyd edək ki, 28 noyabr 2018-ci il tarixində Azərbaycan Müəllimlərinin XV Qurultayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılması haqqında ilkin təşəbbüs irəli sürülub.
16/01/2020 17:05
"İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsi
"İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin hədəfləri nələrdir? İnklüziv təhsilə kimlər cəlb olunur? Hazırda hansı məktəblərdə inklüziv siniflər fəaliyyət göstərir? "Həftənin sualı" verilişinin bu dəfəki buraxılışında bu və layihəni əhatə edən digər məsələlər müzakirə olunur.
16/01/2020 16:24
“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat müddəti uzadılıb. Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq istəyənlər 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz. Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.
16/01/2020 12:11
Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar
Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi uğurla təmsil edən məktəblilərimiz Vətənə geri dönüblər. Medalçılarımız olimpiada ilə bağlı təəssüratlarını "Təhsil" televiziyası ilə bölüşüblər. Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb. Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
15/01/2020 16:47
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı