• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Boks üzrə respublika birinciliyi

Lənkəran şəhər Olimpiya İdman Kompleksində 2002-2003, 2004-2005-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birinciliyi keçirilib.

20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra yarışlara start verilib.

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb.

2002-2003-cü il təvəllüdlülər arasında 10 çəki, 2004-2005-ci il təvəllüdlülər arasında 14 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə “Təhsil” RİM-in Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, boks idman növünün təbliğ edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.


6 il əvvəl